Accessibility links

Fransa, İtaliya və Rusiyada koronavirusa rekord yoluxma halları qeydə alınıb


Cümə günü Fransa, İtaliya və Rusiyada koronavirusa gündəlik youxmalarda rekord qeydə alınıb. Bundan bir gün öncə isə ABŞ-da üç gün ard-arda rekord yoluxmalar qeydə alınıb.

Fransasa cümə günü yoluxmaların sayı 60,486-a çatıb. Səhiyyə naizrliyi bu göstəricinin cümə axşamı 58,000 olduğunu bildirib.

İtaliya cümə günü bir sutka ərazində 37,809 nəfərin koronavirusa yoluxduğunu bildirib ki, bu indiyə qədər ölkədə qeydə alınan ən yüksək yoluxma sayıdır. Rusiyada da günlük yoluxmalar 20,582-ə çatıb.

Cons Hopkins Universitetinin məlumatına görə isə cümə axşamı Birləşmiş Ştatlarda koronavirusa 121,888 yeni yoluxma halı qeydə alınıb.

ABŞ-ın bütün regionlarında infeksiyaların habelə ölüm hallarının sayı artmaqda davam edir. Cümə axşamı 1200 ölüm halı qeydə alınıb ki, bu, sentyabrın ortalarında bəri ən yüksək göstəricidir.

ABŞ-da həmçinin xəstəxanaya yerləşdirilən xəstələrin sayı da əhəmiyyətli dərədəcə artıb.

Ən çox təsirə məruz qalan ABŞ-ın Orta Qərb ştatlarıdır ki, cümə günü İllinoys, İndiana, Ayova, Minnesota, Şimali Dakota, Nebraska və Oklahoma ştatlarında rekord yoluxmalar baş verib. ABŞ-da yoluxmalar sentyabrın ortalarından bəri artmağa davam etdiyi üçün bəzi ştatlar qismən kilidləmələr tətbiq edib.

Kolorado ştatının Denver şəhərinin rəsmiləri artan koronavirus hallarının qarşısını almaq məqsədilə sakinləri axşam saat 10-dan səhər saat 5-dək evdə qalmağa çağırıb.

Avropada isə daha sərt məhdudiyyətlər tətbiq olunur.

Britaniyada cümə axşamı dörd həftəlik, Yunanıstanda isə üç həftəlik qapanma tədbiri qüvvəyə minib.

Danimarkadan Britaniyaya əfər edən hər kəs özünü 14 günlük təcrid etməlidir.

Danimarka samurlarda üzə tapılan koronavirusun mutasiyaya uğramış formasının yayılmasının qarşısını almaq üçün 15 milyon samuru məhv etdiyini elan edib.

İtaliyada cümə günü yeni məhdudiyyətlər tətbiq olunub.

Pakistanda təsmilər böyük şəhərlərin müəyyən ərazilərində mini qapanma tətbiq edəcəklərini bildirib. Ölkədə cümə günü 1376 yeni yoluxma, 30 ölüm halı qeydə alınıb.

Birləşmiş Ştatlarda indiyədək 9.7 milyon insan koronavirusa yoluxub. Dünya boyu bu rəqəm 49.2 milyona bərabərdir. ABŞ həmçinin 236,000 ölüm halı ilə dünya ölkələri arasında birinci yerdə gəlir.

XS
SM
MD
LG