Accessibility links

Fransada məcburi köçkün düşərgəsi yanğın nəticəsində dağılıb


Bazar ertəsi Fransanın şimalında yüzlərlə sakinin iştirak etdiyi toqquşmadan sonra axşam saatlarında məcburi köçkün düşərgəsi yanğın nəticəsində dağılıb.

Dunkirk şəhəri yaxınlığında Qrand-Sinti rayonunda baş vermiş qarşıdurmada azı altı mühacir bıçaq yarası alıb. Təxminən 150 mühacirin iştirak etdiyi zorakılığın qarşısını almaq üçün əraziyə ixtişaş polisi göndərilib.

Hadisədən sonra üç nəfər xəstəxanaya yerləşdirilib. Polis düşərgədə taxtadan düzəldilmiş sığınacaqların yarıdan çoxunun yanğın səbəbindən məhv olduğunu və çox sayda mühacirin müvəqqəti sığınacaqara köçürüldüyünü bildirib.

Əksəriyyəti kürd olmaqla, təxminən 1500 mühacir düşərgədə sığınacaq tapıb.

Oktyabr ayında Kalaisdə digər bir düşərgə bağlandıqdan sonra bu düşərgədə insanların sayı çoxalıb.

Şimali Afrika və Yaxın Şərqdən bir çox mühacir Britaniyaya çatmaq üçün Fransanın şimal sahillərində toplaşıb.

XS
SM
MD
LG