Accessibility links

Nitsa kilsəsindəki hücumla bağlı daha bir şübhəli həbs edilib


Fransa polisi cümə axşamı Nitsa şəhərindəki Notre Dame Bazilika kilsəsində 3 nəfərin ölümü ilə nəticələnən bıçaq hücumunda əli olan ikinci şübhəlini həbs edib.

Bir məhkəmə məmurunun verdiyi məlumata görə, Notre Dame Bazilikasındakı hücumdan bir gecə gün əvvəl təcavüzkarla təmasda olduğu güman edilən və adının açıqlanmasına icazə verilməyən şübhəli 47 yaşlı bir şəxsdir.

Tunis rəsmilərinin bu hücumu Mehdi Təşkilatı adlı bir qruplaşmanın həyata keçirib-keçirmədiyini araşdırdığı bildirilib.

Rəsmilər hücum edən şəxsin Tunis mənşəli 21 yaşlı İbrahim İssayi olduğunu müəyyənləşdirib. Cümə axşamı polis tərəfindən vurularaq yaralanan İssauinin vəziyyəti ağır olduğu üçün cümə günü xəstəxanada saxlanıb.

Hücum zamanı üç nəfər ölüb. Fransanın antiterror prokuroru Jan-Fransua Riçard 60 yaşında bir qadın və 55 yaşında bir kişinin boğazlarının kəsildiyini, 44 yaşında bir qadının isə bir neçə yerindən bıçaqlandığını bildirib.

Braziliya mediası bıçaqlananlardan birinin Braziliya vətəndaşı Simone Barreto Silva olduğunu yazıb. Prokuror onun kilsədən qaça bildiyini, lakin yaxınlıqdakı restoranda yıxılaraq öldüyünü deyib.

İssayinin adı Tunisin terrorçu olmalarından şübhələnilənlərin siyahısında olmayıb və Fransa Kəşfiyyat Xidməti tərəfindən tanınmayıb.

Prokuror İssayinin sentyabrın 20-si İtaliyanın Lampeduza adasına və oktyabrın 9-u isə Parisə gəldiyini bildirib.

Nitsa şəhərinin meri Kristian Estrosi yaşadığı şəhərdəki hücumu terror hadisəsi kimi xarakterizə edib.

Prezident Emmanuel Makronun bu yaxınlarda İslam peyğəmbəri Məhəmmədin söz azadlığı adına təsvir edildiyi karikaturalarını müdafiə etməsi bir sıra müsəlman ölkələrində etirazlara və boykotlara səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG