Accessibility links

Fransada ictimai nəqliyyat və bəzi kiçik müəssisələr yenidən açılıb


Fransada bazar ertəsindən ictimai nəqliyyat yenidən açılıb, lakin səyahətə bəzi məhdudiyyətlər hələ də qüvvədədir.

Martın 17-dən tətbiq olunan bir sıra karantin tədbirləri ləğv olunsa da, vəziyyətə iyunun əvvəlində yenidən baxılacaq.

Hazırda isə ictimai nəqliyyatda insanların maska taxması tələb olunur və nəqliyyat operatorları sosial uzaqlaşmanın təmin edilməsinə nəzarət etməlidir.

Sakinlərin evdən çıxması üçün icazə almalarına artıq ehtiyac yoxdur.

Bazar ertəsi mağazalar, gözəllik salonları kimi bəzi kiçik müəssisələrin fəaliyyətlərini bərpa etmələrinə də icazə verilib.

Birləşmiş Ştatların Con Hopkins Universiteti tərəfindən toplanan məlumatlara görə, Fransa koronavirusa 177 mindən çox yoluxma və 26 mindən çox ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG