Bu həftə COVID-19 immunizasiya strategiyasını həyata keçirməyə hazırlaşan Fransa hökuməti ölkədə keçirilən rəy sorğularının bir çox insanın peyvəndə etibar etmədiyini göstərdiyi bir reallıqla qarşılaşıb.
Fransa COVID-19 pandemiyasından ən ağır zərbəni alan Avropa ölkələri arasındadır. Belə ki, bu virusdan ölkədə 50,000 insan ölüb.
Dünyanın hər yerində peyvəndlərin virusu məğlub edəcəyinə və insanların normal həyata qayıtmasına imkan verəcəyinə ümidlər çoxdur. Fransa peyvənd kampaniyasına dekabr ayının sonunda ilk olaraq yaşlılar, qocalar evlərində yaşayan insanlar və tibb işçiləri ilə başlamağı planlaşdırır.
Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində peyvənd kampaniyasına elmi komitənin nəzarət edəcəyini və əhalinin bu prosesin bir hissəsi olduğuna əmin olmaq üçün vətəndaş qrupu yaradılacağını deyib. Makron Fransada COVID-19-a qarşı peyvəndin məcburi olmayacağını, lakin aydın və şəffaf olması üçün bilinən və bilinməyənlər tərəfləri haqqında məlumatın paylaşılmalı olduğunu deyib.
Hökumət ölkədə artmaqda olan şübhələrə görə milyonlarla fransızın koronavirus peyvəndindən imtina etməsindən narahatdır. IFO-nun bazar günü dərc etdiyi məlumatda deyilib ki, sorğuda iştirak edən fransızların 59 faizi peyvənd vurmayacaqlarını bildirib.
Baş Nazir Jan Kastex bu yaxınlarda Fransa xalqının az bir hissəsinin peyvənd edəcəyindən qorxduğunu deyib.
Fransanın yoluxucu xəstəliklər üzrə mütəxəssisi doktor Jean Paul Stahl da peyvənd qəbul edənlərin sayının az olacağından narahatlığını ifadə edib.
O deyib ki, insanlar hökumətin vaksinlərdən bir alət kimi istifadə etdiyini gördükləri üçün ona skeptik yanaşırlar. Stahl bu gün daha çox icmaların heç bir avtoritetə: nə siyasi, nə elmi nə də digərlərin inandığını bildirib.
Fransa gələn il peyvənd almaq üçün $1,75 milyard dollardan çox büdcə ayırıb.