Accessibility links

Fransa prezidenti Liviya üsyançılarının başçısı ilə görüşüb


Fransa prezidenti Liviya üsyançılarının başçısı ilə görüşüb
Fransa prezidenti Liviya üsyançılarının başçısı ilə görüşüb

Fransa üsyançılara yardım məqsədi ilə Britaniya ilə birlikdə Liviyaya hərbi müşavirlərini göndərir. Fransa prezidenti Nikola Sarkozi bu gün Parisdə Liviya üsyançılarının başçısı Mustafa Əbdül Cəlillə görüşür. Danışıqlar zamanı Liviyada demokratiyaya keçid istiqamətində aparılan səylər müzakirə ediləcək.

Bu arada, Liviyanın sakinləri beynəlxalq müdaxilə tələb edən Misrata şəhərində hökumət tərəfdarı qüvvələrlə üsyançılar arasında qarşıdurmalar davam edir. NATO hava qüvvələri isə ölkənin bir neçə şəhərindəki hökumət qüvvələrinin hədəflərinə zərbə edirib.

XS
SM
MD
LG