Accessibility links

Fransa məhkəməsi Səudiyyə şahzadəsinə 10 aylıq şərti cəza verib


Məhəmməd bin Salman və bacısı Hassa bint Salman
Məhəmməd bin Salman və bacısı Hassa bint Salman

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bacısı Fransada cangüdəninə çilingəri döydürüb, onu Parisdəki evində dustaq tutduğuna görə təqsirli bilinib.

Cümə axşamı məhkəmədə iştirak etməyən şahzadə Hassa bint Salmana 10 aylıq şərti cəza verilib və $11,000 dollar cərimə tətbiq olunub.

Məhkəmədə iştirak etməyən şahzadə Hassa bint Salmana 10 aylıq şərti cəza verilib və $11,000 dollar cərimə tətbiq olunub.


İttihamnamədə Hassanın cangüdəni Rani Səidiyə misir əsilli Fransa vətəndaşı olan çilingər Əşrəf Eidi döyüb, alçaltmasına dair göstəriş verdiyi bildirilir.

Məhkəmədə iştirak edən Səidiyə isə səkkiz aylıq şərti cəza və 5600 dollar cərimə verilib.

Səudiyyə Ərəbistanı kralı Salmanın yeganə qızı olan Hassa bint Salmanın Eidin onun evində satmaq məqsədilə şəkil çəkdiyini düşünərək qəzəbləndiyi deyilir.

Eid deyib ki, o, 2016-cı ilin sentyabr ayında şahzadənin evindəki vanna otağında su çanağını təmir etmək üçün çağırılıb və orada işini həll edə bilməsi üçün lazım olan şəkillər çəkib.

Hassa bint Salman Parisi tərk edib və məhkəmədə iştirakdan boyun qaçırıb.
Hassa bint Salman Parisi tərk edib və məhkəmədə iştirakdan boyun qaçırıb.

Şahzadənin fransalı vəkili ittihamları “uydurma” adlandırıb və komandasının qərarla bağlı apelyasiya şikayəti verəcəyini bildirib.

Hassa insidentdən üç gün sonra Fransanı tərk edib və o zamandən bəri geri dönməyib.

XS
SM
MD
LG