Accessibility links

Fransada COVID-19-un üçüncü dalğasının qarşısını almaq üçün yenidən karantin elan edilib


Prezident Emanuel Makron ölkəsində yayılmağa başlayan COVID-19-un üçüncü dalğasının qarşısını almaq üçün çərşənbə günü Fransa boyu üçüncü dəfə karantin elan edib.

Karantin məhdudiyyətlərinə gələn bazar ertəsindən başlayaraq bütün məktəblərin üç həftə bağlanması da daxildir.

Makron məhdudiyyətlərin pandemiyanın qarşısını alacağına və iqtisadiyyata təsiri olacağına ümid edirdi. Buna baxmayaraq, ölkədə koronavirusdan ölənlərin sayı 100000-ə yaxınlaşır və peyvənd tətbiqi ümid edildiyindən daha yavaş gedir. Pandemiyanın ağır zərbə vurduğu bölgələrdəki xəstəxanaların reanimasiya şöbələri xəstələrlə doludur.

"İndi hərəkət etməsək, nəzarəti itirəcəyik" - deyə, Makron televiziya ilə xalqa müraciətində bildirib.

Prezident Makton eləcə də şənbə günündən etibarən bir ay boyunca ölkə daxilində hərəkət məhdudiyyətləri elan edib.

Almaniya rəsmiləri də çərşənbə günü ölkənin COVID-19-un üçüncü dalğasını nəzarət altına almağa çalışdıqları bir vaxt Çex Respublikası ilə sərhədi daha iki həftə bağlı saxlayacaqlarını bildirib.

Berlində keçirilən mətbuat konfransında Almaniyanın daxili işlər naziri
Horst Zihofer Çex Respublikasında COVID-19-la bağlı vəziyyətin hələ də "sabit olmadığını" deyib. O, sərhəd keşikçilərinə Çex Respublikasından Almaniyaya daxil olmaq istəyən hər kəsdən mənfi test sənədi tələb etmələrinə göstəriş verəcəyini deyib və sonra həmin şəxslərin 14 gün ərzində karantində qalmalı olacaqlarını bildirib.

Nazir jurnalistlərə Almaniyanın sərhəd patrullarından Fransa, Danimarka və Polşa da daxil olmaqla, əsasən də Pasxa tətilindən sonra, iki həftə ərzində bütün sərhədlər boyunca yoxlamalar aparmalarına göstəriş verdiyini bildirib.

Bu tədbirlər bütün hava yolları sərnişinlərinin Almaniyaya riskin yüksək olduğu və ya virusun mutant olduğu bölgələrdən gəlmələrindən asılı olmayaraq, məcburi test qaydalarının qüvvədə olduğu zaman görülür.

Daha sərt tədbirlər Almaniyada artan yeni, virusun daha yoluxucu variantlarının qarşısını almağa çalışdığı bir vaxt qüvvəyə minir. Mütəxəssislər pandemiyanın üçüncü dalğasını dayandırmaq üçün peyvəndlənmə sürətinin çox yavaş olduğu barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG