Accessibility links

Fransa Prezidenti İslam Dövləti qrupunun Böyük Səhradakı liderinin öldürüldüyünü bildirib


Adnan Əbu Valid Əl-Sahrəvi

Fransa prezidenti İslam Dövləti qrupunun Böyük Səhradakı liderinin öldürüldüyünü elan edib. O, Adnan Əbu Valid Əl-Səhravinin öldürülməsinin 8 ildən artıqdır Saheldə ekstremistlərlə mübarizəsindən sonra Fransa ordusu üçün "böyük nailiyyət" olduğunu deyib.

Fransa Prezidenti Emmanuel Makron Twitter səhifəsində Əl-Səhravinin Fransa qüvvələri tərəfindən zərərsizləşdirildiyini yazıb, lakin əlavə məlumat verməyib. İslam Dövləti qrupu Mali ilə Niger arasındakı sərhəddə aktiv olmasında baxmayaraq, Əl-Səhrəvinin harada öldürüldüyü bildirilməyib.

"Bütün xalq bu gecə Saheldə, Serval və Barxanə əməliyyatlarında Fransa üçün ölən bütün qəhrəmanları, onların ailələri və yaralılar haqqda düşünür. O qurbanlar əbəs yerə deyildi" - deyə, Fransa Prezidenti Twitter səhifəsində yazıb.

Region rəsmilərinin bunu təsdiq etməməsinə baxmayaraq, Malidə həftələrdir militant liderinin ölümü ilə bağlı şayiələr yayılmışdı. Bu iddianı və ya qalıqları kimliyini müəyyən edilib-edilmədiyini dərhal təsdiqləmək mümkün olmayıb.

Fransanın müdafiə naziri Florensiya Parli Twitter səhifəsində "Bu, terror qruplaşmasına qarşı qəti bir zərbədir. Mübarizəmiz davam edir" - deyə, yazıb.

Əl-Səhravi 2017-ci ildə Nigerdə dörd Niger hərbçisi və dörd ABŞ ordusunun əsgərinin ölümünə səbəb olan hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Onun qrupu həmçinin Saheldə xarici vətəndaşları qaçırıb və hələ də 2016-cı ildə Nigerdəki evindən qaçırılan amerikalı Ceffri Vudkeni saxladığı güman edilir.

Ekstremist lider Qərbi Səhranın mübahisəli ərazisində anadan olub və daha sonra Polisario Cəbhəsinə qoşulub. Bir müddət Əlcəzairdə qaldıqdan sonra o, Malinin şimalına yollanıb və orada 2012-ci ildə şimaldakı böyük Qao şəhərini idarə edən MUJAO kimi tanınan qrupun əhəmiyyətli üzvünə çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG