Accessibility links

Fransa vətəndaşları və şirkətlərinə Pakistanı müvəqqəti tərk etmələrini tövsiyə edib


Fransa aprelin 15-də Cənubi Asiya ölkəsində "Fransa maraqlarına ciddi təhdidlər" ola biləcəyi səbəbi ilə vətəndaşları və şirkətlərinə Pakistanı müvəqqəti tərk etmələrini tövsiyə edib.

Belə bir tövsiyə Fransada İslam əleyhinə karikaturaların yayılmasına görə Pakistan boyu keçirilən etiraz aksiyaları zamanı Təhrik-i-Ləbayik Pakistan (TLP) təşkilatının radikal İslamçı fəallarının Fransa səfirini İslamabaddan qovmağı tələb etməsindən sonra edilib.

"Fransanın maraqlarına yönələn ciddi təhdidlər səbəbi ilə Fransa vətəndaşları və şirkətlərinə müvəqqəti olaraq Pakistanı tərk etmələri tövsiyə edilir" - deyə, Fransa səfirliyi Pakistanda yaşayan təxminən 500 vətəndaşına elektron poçtu ilə müraciət edib.

Müraciətdə "Çıxışlar mövcud ticarət hava yolları tərəfindən həyata keçiriləcək" deyilib.

Pakistanın Xarici İşlər Nazirliyi bu müraciətə hələ heç bir reaksiya verməyib.

Pakistan rəsmiləri çərşənbə günü Təhrik-i-Ləbayik Pakistan (TLP) tərəfdarları ilə polis arasında üç gün davam edən qarşıdurmalarda iki hüquq-mühafizə orqanı işçisinin öldüyünü, onlarla nümayişçi də daxil olmaqla, təxminən 600 nəfərin yaralandığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG