Accessibility links

Paris yaxınlığında hücum olub


Fransa Daxili İşlər Nazirliyi bu gün Paris yaxınlığında bıçaqla həyat yoldaşını və bacısını qətlə yetirən, habelə bir nəfəri ağır yaralayan şəxsin ciddi psixiloji problemi olduğunu bildirib.

Yerli rəsmilər hadisənin Fransanın paytaxtının qərbində yerləşən Trap yaşayış məntəqəsində baş verdiyini və polisin hücumçunu güllə ilə vurub öldürdüyünü bildirib.

Amaq xəbər agentliyinin bildirdiyinə görə, hücumun məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb. Məlumatda hücumçunun İslam Dövlətinin mülki vətəndaşlara hücum çağırışlarına cavab verdiyi bildirilib.

Trap zəngin Parisin yaxınlığında 30 min yoxsul əhalinin yaşadığı bölgədir ki, bu bölgədən onlarla insanın İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya getdiyindən şübhələnilir.

XS
SM
MD
LG