Accessibility links

Fransanın bəzi neft emalı zavodları tətillər səbəbilə işini dayandırıb


Fransanın həmkarlar ittifaqının fəalları Fransada pensiya yaşının artırılmasına qarşı 23 gündür davam edən ümumxalq tətilləri çərçivəsində cümə günü ölkənin səkkiz neft emalı zavodundan ikisində işi dayandırıb.

Üç həftədən çoxdur davam edən hazırkı aksiya 1995-ci ildə nəqliyyat işçilərinin keçirdiyi tətildən daha uzun müddət davam edir. Bu tətil Fransanın müasir tarixindəki ən uzun tətil kimi tarixə keçdi. Jak Şirakın prezidentliyi dövründə keçirilən tətil də pensiya islahatları üzərində qurulmuş və hökumətin geri çəkilməsi ilə 22 gündən sonra başa çatmışdı.

Belə görünür bu dəfə prezident Emmanuel Makron təqaüd yaşı ilə bağlı əsaslı dəyişiklik etməkdə və rəsmi təqaüd yaşını 64-ə qaldırmaqda qərarlıdır. Lakin hökumət həmkarlar ittifaqları ilə danışıqlar aparılır, hava yolları pilotlarına, məhkəmə polisinə və digər qruplara güzəştlər təklif edir.

Ən qətiyyətli həmkarlar ittifaqları təzyiqləri dəstəkləyir. Etirazlar cümə günü Parisin cənub-şərqindəki bir bölgədəki və Aralıq dənizinin böyük liman şəhəri Marselin yerləşdiyi bir başqa bölgədəki neft emalı zavodlarında işin dayandırılmasına səbəb olub.

Fransanın daxili işlər naziri bunun benzin çatışmazlığına səbəb olmayacağını deyib və sürücüləri çaxnaşmaya düşməməyə çağırıb.

Tətillər cümə günü ölkənin sürətli qatarlarının yarısının dayanmasına, turistlər ilə parislilərin isə hər zamankından daha az izdihamlı olani avtobuslar və metro qatarlarından istifadə etmələrinə səbəb olub.

Etirazlar prezident Emmanuel Makronın Fransada bir çox dövlət sektorunun işçiləri üçün xüsusi pensiyaların ləğv edilməsi və tam pensiya yaşının 64-ə qaldırılmasını nəzərdə tutan pensiya sistemində islahatlar aparılması planlarına qarşı başlayıb.

XS
SM
MD
LG