Accessibility links

Fransada uçan taksi ixtira edilib


Fransada uçan taksi ixtira edilib
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Startup şirkətləri dünyanın nəqliyyatın ən sıx olduğu şəhərlərindən biri olan Parisdə tıxacları azalatmağa çalışır. Mütəxəssislər indiyə qədər sizin Hollivud filmlərindən başqa yerdə görmədiyiz “yaşıl maşın” adlı nəqliyyat vasitəsi ixtira edib.

Bu, Parisin tarixi çayında üzən “qayığa bənzər” qurğu casus filmlərində şəhərin üzərində uçan kapsula bənzəyir. Alan Tebolt: “Bu qayıq uçduqda 30-40 dərəcə daha az müqavimətlə üzləşirsiniz”

“Bubble” adlı bu qayıq Parisin startup “Seabubbles” şirkəti tərəfindən ixtira edilib. Şirkətin həmtəsisçisi Alan Tebolt bu qurğunun ekoloji baxımdan da sərfəli olduğunu deyir. “Bubble-ın batareyaları, iki elektrik mühərriki, qanadları var. Həmin qanadlar qayığı qaldırır, və bu zaman siz üzmə idarəsini azaldırsınız."

Uça və üzə bilən və saatda təxminən 33 km. sürətlə hərəkət edən bu Bubble taksilərin qiyməti 200 min (220 min 500 dollar) avrodur. “Fransada taksi bir sürücü və dörd sərnişinin olması deməkdir və Bubble bu növ taksidir. Bu nəqliyytatdan istifadənin səbəbi isə onun səssiz, həm rahat və tozsuz olmasıdır” - deyə, Alan Tebolt bildirir.

Şirkət bu nəqliyyat vasitəsinin Parisdə fəaliyyətinə başlamasını planlaşdırsa da, yerli polis bu yaxınlarda onların planına qarşı çıxıb. Alan Tebolt deyir ki, yerli qanunlar onların layihəsini məhv edə bilər. “Biz hər səhər Paris boyu qərb və şərq istiqamətində uşuşlara icazə verilməsini gözləyirik. 6 ay gözləməliyik. Baxın, çayda heç kimi görmək olmur.”

Əgər bu nəqliyyat vasitəsinin Fransada fəaliyyətinə qadağa qoyularsa, şirkət ABŞ və ya İsveçrəyə müraciət edəcək.

Paris avtomobillər və qatarlar dünyanın ən sıx nəqliyyat vasitələri olan şəhərlərindəndir. Paris Şəhər Şurası 2030-cu ilədək karbon qazı tullantılarını kəskin şəkildə azaltmağı planlaşdırır.

XS
SM
MD
LG