Accessibility links

Fransa Oxford-AstraZeneca peyvəndini 65 yaşdan yuxarı şəxslərə tətbiq edəcək


Fransa artıq Oxford Universiteti və Britaniya-İsveç əczaçışıq şirkəti AstraZeneca tərəfindən birgə hazırlanan COVID-19 peyvəndini yaşı 65 və yuxarı olan şəxslərə tətbiq edəcək.

Bu qərar çərşənbə axşamı səhiyyə naziri Olivier Veran tərəfindən televiziya ilə müsahibəs zamanı açıqlanıb. Veran Oxford-AstraZeneca peyvəndini “65 ilə 74 yaş arasında olanlar da daxil olmaqla”, 50 yaşdan yuxarı hər kəsin ala biləcəyini deyib.

Fransa yaşlı vətəndaşlar üçün Oxford-AstraZeneca peyvəndini təsdiq etməkdən imtina edən bir çox Avropa ölkəsi arasında idi. Tədqiqatçıların bu yaş qruplarında olan çox sayda insanı genişmiqyaslı klinik sınaqlara cəlb etməməsi peyvəndin potensial effektivliyi barədə məlumat bazasının olmaması ilə nəticələnib. Fransa prezidenti Emmanuel Makron hətta peyvəndin demək olar ki, “yararsız” olduğunu deyib.

Lakin səhiyyə rəsmiləri sonrakı klinik sınaqlara dair əlavə məlumatların peyvəndin yaşlı insanlar arasında da də effektivliyini sübut etdiyini bildirib.

Yanaşmada bu dəyişikliyin Fransada Pfizer-BioNTech və Moderna peyvəndlərinin çatışmazlığı səbəbi ilə ləng gedən vaksinasiya kampaniyasına təkan verəcəyi gözlənilir.

Fransada bu dəyişiklik Britaniyanın Pfizer-BioNTech və Oxford Universitinin AstraZeneca tərəfindən hazırlanan COVID-19 peyvəndinin yalnız bir dozasının yaşlı insanlar arasında yüksək dərəcədə təsirli olduğunu aşkar edən bir araşdırmanın keçirildiyi vaxta təsadüf edir.

Britaniyanın İctimai Səhiyyə tədqiqatçıları iki dozada tətbiq edilən peyvəndlərin 80 yaşlarında insanlara vurulmasından 3-4 həftə sonra onların xəstəxanaya düşməsinin qarşısının alınmasında 80%-dən çox təsirli olduğunu bildirib.

XS
SM
MD
LG