Accessibility links

Fransada yeni peyvənd qaydaları


Bazar ertəsi Fransa parlamenti COVID-19 peyvəndinin səhiyyə işçiləri üçün məcburi olmasını, eləcə də Fransa koronavirus infeksiyasının dördüncü dalğası ilə mübarizə apardığı zaman bir çox sosial məkanda sağlamlıq kartı tələb edən bir qanun layihəsini təsdiqləyib.

Fransada indiyə qədər də muzeylərə, kinoteatrlara və ya üzgüçülük hovuzlarına gedən ziyarətçilər üçün COVID-19-a qarşı peyvənd olunduqlarını və ya yaxın zamanda koronavirus testlərinin mənfi olduğunu göstərən bir sənəd təqdim etmədikləri təqdirdə giriş qadanğan idi. Sağlamlıq kartı genişmiqyaslı festivallar və ya klublar üçün nəzərdə tutulub.

Avqust ayından etibarən restoranlara və barlara girmək, habelə uzunməsafəli qatar və təyyarə səyahətləri etmək üçün də sağlamlıq kartı təqdim etmək lazım olacaq.

Qanun layihəsində yer alan təhlükəsizlik tədbirləri 15 noyabra qədər etibarlıdır. Qanunun qüvvəyə minməsi üçün ölkənin ən böyük yurisdiksiyası olan konstitusiya məhkəməsindən son yaşıl işıq tələb olunur.

İyul ayının əvvəlində gündə təxminən 4000 yeni yoluxma ilə Fransada gündəlik yoluxmalar tədricən artaraq həftəlik yoluxma sayı 22 000-i keçib, xəstəxanalara müraciətlər də artıb.

Avropadakı bir çox digər ölkələr kimi Fransa da ilk dəfə Hindistanda təsbit edilən, pandemiyanı uzadan və iqtisadiyyatın bərpasını təhdid edən son dərəcə yoluxucu Delta variantı ilə mübarizə aparır.

Səlahiyyətli orqanlar kütləvi vaksinasiyanı asanlaşdırmaq üçün səylərini artırır və vaksin üçün müraciət etməyənlərə qarşı təbliğatı gücləndirirlər.

Fransa əhalisinin 67 milyonluq əhalisinin 49,3% -i bir və ya iki doz COVID-19 peyvəndi qəbul edib.

Bu ilin əvvəlində Pasteur İnstitutunun mütəxəssisləri bildirib ki, yetkin insanların 90%-dən çoxu peyvənd olunarsa, ölkədə epidemiya başa çatmadan öncə məhdudlaşdırılmalar tamamilə yumşaldıla bilər.

XS
SM
MD
LG