Accessibility links

Fransa prezidenti Şengen zonasını kiçiltməyə çağırır


Schengen aerea
Schengen aerea

Fransa prezidenti Emmanuel Makron aprelin 25-də axşam saatlarında Parisdə çıxış edərkən Şengen razılaşması ilə bağlı islahat aparmaq vaxtının gəlib çatdığını söyləyib. Bu razılaşmaya əsasən 26 Avropa ölkəsinin sakinləri ittifaq daxilində sərhəd və gömrük yoxlanışı olmadan sərbəst hərəkət edə bilir.

"Biz miqrasiya siyasətimizi radikal şəkildə nəzərdən keçirməliyik, ümumi sərhədlər, Şengen razılaşması, Dublin müqavilələri - bunlar artıq işləmir," deyə Makron bildirib.

O, xüsusilə də Avropa İttifaqı ölkələrinin xarici miqrantların qəbulu məsələsini dəyişdirmək və bütün Aİ üçün ümumi miqrasiya siyasətinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. "Avropa İttifaqında bu sahədə mövcud vəziyyəti nəzərə alaraq, biz qətiyyət göstərməliyik," deyə o bildirib.

Makron həmçinin deyib ki, ölkə sakinlərinin Şengen zonasına bu hüququnun ölkənin Avropanın ümumi sərhədlərinin müdafiəsi sahəsində sərgiləməli olduğu "birgə məsuliyyət" ilə müşayiət olunmalıdır. Makronun fikrincə, əgər hər hansı ölkə bu srəhədlərin qorunması üçün kifayət qədər iş görmürsə, "həmin ölkələr Şengen zonasından ayrılmalı olacaq".

Makron hansı ölkəyə istinad etdiyini açıqlamayıb. Lakin France 24 xəbər agentliyi bildirir ki, mümkündür, prezident sağçı mühafizəkar hakimiyyət orqanlarının bu yaxınlarda Suriya və hərbi münaqişələrin davam etdiyi digər ölkələrdən miqrantları qəbul etməkdən imtina edən Polşa və Macarıstanı nəzərdə tutur.

Fransa prezidenti 2017-ci ildən bəri Avropa İttifaqında immiqrasiya islahatı məsələsini təbliğ edir və eyni zamanda Avropa ölkələrini xarici sərhədlərin qorunması məsələsini tənzimləyən yeni bir "təhlükəsizlik müqaviləsi" bağlamağa çağırır. Ancaq bu məsələ ilk növbədə Böyük Britaniyanın Aİ-nı tərk etmək və öz sərhədləri ilə bağlı müstəqil qərar vermək istəyi, ikincisi isə İtaliyadakı mühafizəkarlar və populistlərin Makronun fikirlərinə qarşı çıxması səbəbilə uzanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG