Accessibility links

Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatdı


Fransanın şimalındakı Kompyen şəhərinin meri bazar ertəsi koronavirusa yoluxmuş iki xəstənin öldüyünü bildirib ki, bu da ölkədə bu virus səbəbiylə ölənlərin sayını dördə çatdırıb.

Fransanın `Le Parisien` qəzeti bundan əvvəl bələdiyyə başçısı Filippe Marini və digər mənbələrə istinadən Fransanın şimalında koronavirusdan iki ölüm hadisəsinin qeydə alındığını bildirmişdi.

"Amyenedəki xəstəxanaya çatdırılan bir nəfərdə şübhə var idi və nəticədə Covid-19 testi mənfi nəticə verdi" - deyə, Marini BFM TV-yə açıqlamasında bildirib.

Bazar günü Fransada 130 nəfərdə qripə bənzər xəstəlik olduğu təsdiqlənib. Fransa Səhiyyə Nazirliyi ölüm halları ilə bağlı məlumatları təsdiqləyə bilmədiyini və bu axşam daha bir mətbuat konfransı planlaşdırıldığını bildirib.

Koronavirus epidemiyasının yayılması Fransada Luvr muzeyinin bazar günü bağlanmasına səbəb olub. Muzeyin kolleksiyasını qoruyan işçilər dünyanın hər yerindən gələn ziyarətçilər tərəfindən xəstəliyə yoluxa biləcəklərindən ehtiyat edir.

XS
SM
MD
LG