Accessibility links

Fransa "sarı jilet"lilərinin üsyanı


Fransa "sarı jilet"lilərinin üsyanı
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Fransa şənbə günü iğtişaşların dördüncü həftəsonu ilə qarşılaşır. Şənbə günü "sarı jiletlər" etirazçıları və iqlim dəyişikliyini tələb edənləri gündəmə gətirir. Səlahiyyətlilər təhlükəsizliyi möhkəmləndirir və məşhur abidələr bağlanır. Amma prezident Emmanuel Makron bu günə qədər ən böyük böhran olan şiddət dalğasını dayandıra biləcəkmi?

Hətta etirazlara alışmış bir ölkə üçün, son iğtişaşlar onilliklər ərzində görünməmiş həddə çatıb. Bu günə qədər dörd ölü, yüzlərlə yaralı var. Mağazalar dağıdılıb, bəzi ikonik abidələr məhv edilib.

Bəziləri “sarı jiletlər”in bu iğtişaşlarını 1968-ci il Fransanı bürümüş mitinqlərlə müqayisə edirlər.

Yanacaq vergisi artımına, aşağı əməkhaqqı və yüksək xərclərə etiraz edən adi fransızların şikayətləri daha geniş əhatə dairəsi alaraq partladı.

Ötən şənbə günü baş verən iğtişaşlardan sonra bu həftə Paris normal görünür. Mühüm abidələrdən qraffitilər silinib. Günəş şəhərin məşhur Şanzelize prospektinə (Yelisey Çölləri) işıq saçır. Şəhər turistlərlə qaynaşır.

“Şəhər olduqca gözəldir. Bu öz hüquqlarını göstərmək üçün bir etiraz idi. Etirazlar turistlərə xətər yetirməyəcək.”, Lourens Hii, Malayziyalı turist.

Lakin bir neçə küçə aralı hər şey tamam başqa cürdür. Regional Ticarət Palatasının məlumatına görə, etirazlar zamanı bağlanan ticarət obyektlərini saymasaq, iğtişaşlar yerli biznesə on milyonlarla dollar ziyan vurub.

"Əvvəllər milyonlarla etirazçı küçələrə zərər vurmadan çıxırdı. İndi isə küçələrə daha az etirazçı çıxır, lakin onlar daha qətiyyətlidirlər. Onlar daha qıvraq və zorakıdırlar.", Didyer Klinq, Paris Regional Ticarət Palatasının prezidenti.

Mağazalar və restoranların da işi zəifləyib. Bayram mövsümünün başlanğıcında turistlər otellərdəki bronlamaları ləğv edirlər. Bu sonuncu dəfə 2015-ci ildə terror hücümu zamanı baş vermişdi.

Fransanı daha rəqabətli etmək üçün qeyri-populyar islahatlara əl atan hökümət, ötən həftə iqlim dəyişikliyinə qarşı mübarizədə kömək edəcək yanacaq vergilərini artırmaqdan imtina edərək onları ləğv edib.

Lakin bu, “sarı jilet”lər üçün kifayət deyil. Bir çoxları bunu ətraf-mühit üçün istəyirlər, lakin vergiyə qarşı iddialar daha çoxdur. Etirazlar indi digər qruplara da yayılır.

“Hökumət bizə bəzi cavablar verdi, lakin bu, kifayət deyil. İnsanlar və siyasətçilər arasındakı fərq çox böyükdür – onlar bizim hər gün necə yaşadığımızı bilmirlər.”, Ksavyer, "sarı jilet"li etirazçı.

Sorğular fransızların əksəriyyətinin “sarı jilet”liləri dəstəklədiyini göstərir. Lakin onlar artan zorakılıqdan narazıdırlar. Prezident Emmanuel Makronun populyarlığının rekord minimuma düşdüyünü bildirilir. Tənqidçilər onu xalqdan uzaq, varlıların prezidenti adlandırırlar.

“Problem bizim texnokratlar tərəfindən idarə olunmağımızdır. Bunlar şirkətin avtomobillərinə sahib olan və restoran hesablarını ödəməyən, minimum əmək haqqının nə olduğunu bilməyən insanlardır.”, Alan, iş adamı.

Məlum olan odur ki, qarşıda daha bir narahat həftəsonu var.

XS
SM
MD
LG