Accessibility links

Marin Le Penin dayaq nöqtəsi - Hayanj [Video]


Marin Le Penin dayaq nöqtəsi - Hayanj
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Bir zamanlar Fransanın şərqində yerləşən Hayanj şəhəri Roma imperiyası dövrünə aid mədən sənayesi səbəbilə yaranan sərvətinə görə kiçik “Texas” kimi tanınırdı. Lakin çökmüş iqtisadiyyat narazılıqlara səbəb oldu və nəticəsədə şəhər millətçi, immiqrasiyanın əleyhinə olan Xalq Cəbhəsinin prezidentliyə namizədi Marin Le Penin ən böyük dayaq nöqtələrindən birinə çevrildi.

Bizim ölkə sənayelərin bağlanmasının, kütləvi işsizliyin qurbanıdır. Kütləvi immiqrasiya isə ölkəni islamlaşdırır və təhlükəszilik problemini artırır.
Fabien Engelmann

Bura Marin Le Penə böyük dəsətyin olduğu ərazidir. Hayanjın metal sənayesinin 2 min illik tarixi var. Bu sənaye sayəsində şəhər əsrlər boyu inkişaf edib. Bəziləri buranı Texasa bənzədir.

“Burada kiçik bizneslər var idi. İnsanlar zəngin indi, çünki hamının işi var idi. Buradakı hər kəs işləyirdi”, Hayanj sakini Bertrand Mişo bildirir.

Ən böyük dəyişiklik 2013-cü ildə, sosialist prezident Fransua Ollandın bu zavodu qoruyacağına dair sözlərinə baxmayaraq, onun bağlnaması ilə baş verdi. Zavod şəhərdəki ən böyük işəgötürən idi. .

Bizneslərin bağlanması ilə bunun kimi xeyriyyə təşkilatlarının işi çoxaldı.

“Burada tam bir psixoloji iztirab yarandı. İnsanlar çaşqındır. Onlar televizoru izləyirlər, siyasətlə maraqlanırlar və bir ümidin olduğuna inanırlar. Onlar sabah iş yerlərinin açılacağını və ölkədəki bütün xaricilərin gedəcəyini deyən ilk insana inanacaqlar”, Secours Populaire qeyri-kommersiya təşkilatından Ann Duflo-Allievi deyir.

Bir zamanlar solçu həmkarlar ittifaqı tərəfdarlarının istehkamı olan Hayanj siyasi baxımdan çox dəyişib. Şəhərin əvvəllər komunist və heyvan haqları fəalı olmuş meri indi Milli Cəbhənin üzvüdür və Le Pen tərəfdarıdır.

“Bizim ölkə sənayelərin bağlanmasının, kütləvi işsizliyin qurbanıdır. Kütləvi immiqrasiya isə ölkəni islamlaşdırır və təhlükəszilik problemini artırır”, o deyir.

Marine Le Pen
Marine Le Pen

Keşmiş Yuqoslaviyadan Fransaya köçən immiqrantları cəlb edən buradakı təhlükəsizlik, iş yerləri və azadlıq vədi idi.

Monteneqrolu mühacir Hüseyn Sinancevik: “Mən qorxudan qaçdım. Mən 1998-ci ildə övladlarım, ailəm ilə birlikdə qaçdım. Fransaya gələndən sonra isə dünyada Fransadan daha yaxşı yerin olmadığını deyirdim. Bu gün isə Fransa artıq əvvvəlki kimi deyil. Bugünkü Fransa tamamilə irqçidir. İşə götürülmə müsahibəsində adımı deyəndə, onlar müsəlman adı eşidib gülümsəyirlər və “daha sonra gələrsiniz” deyirlər”.

Yaxınlıqda keçirilən mitinqdə isə Le Pen tərəfdarlı onun mesajının irqçiliyə əsaslanmadığını iddia edir.

“Mən onun irqçi olduğunu düşünmürəm. O, sadəcə hər şeyi açıq-aydın deyən bir qadındır. Əslən fransız olmayan çox sayda insan da onu dəstəkləyir. Buna görə də, onun irqçi olduğunu demək səhvdir”, deyə Le Pen tərəfdarı Mari-Bernanrd Uarnek bildirir.

Fransada prezident seçkisi
Fransada prezident seçkisi

Sənayenin çoküşü ilə Hayanjda iş axtaran insanların artıq çox az seçimləri var. Minlərlə şəhər sakini qonşu Lüksemburqda işləyir və hər günü işə ora gedir.

Bertrand Mişo buranın yenidən inkişaf edəcəyinə inanmır.

“Bura bir daha heç vaxt Texas olmayacaq. Texas dəmir və polad zavodları idi, mədənlər idi. Onların hamısı artıq bağlanıb. Mən deyərdim ki, Hayanj satılıb”, deyə o bildirir.

Marin Le Pen Fransanı yenidən qaydaya salacağına söz verir. Dağıntılar içərisinə yaşayanlar üçün isə onun bu vədi yeganə ümid mənbəyidir.

XS
SM
MD
LG