Accessibility links

Fransada prezident seçkiləri başa çatıb


Fransada 500-dən çox seçki dairəsi artır bağlanıb. Hazırda səslər hesablanır. 11 namizədin iştirak edən seçkilərdə ifrat sağ və ifrat solçular demək olar ki, bərabər yarışıb.

Fransa xalqı bunu qəbul etməyəcək. Bunun prezident seçkilərinə təsiri böyük olacaq

Paris hücumlarından sonra təhlükəsizlik tədbirləri gücləndirilib. 50 min polis işçisi, xüsusi təyinatlı qüvvələr də daxil edilməklə, 7 min əsgər asayişi qoruyur.

Elisey çöllərində qeydə alınan insident zamanı bir nəfər polisə atəş açıb. Həmin şəxs polisin cavab atəşi nəticəsində öldürülüb.

Builki prezident seçkiləri fövqəladə vəziyyət altında keçirilən ilk seçkilərdir.

2015-ci ildə Parisdə həyata keçirilən hücumdan bəri fövqəladə vəziyyət qüvvədədir.

Ekspertlər son hücumdan sonra bir çox seçicinin səsverməyə qatılmayacağı təxmin edir.

ABŞ prezidenti Donald Tramp hücumdan sonra Tweet hesabında “Fransa xalqı bundan qəbul etməyəcək. Bunun prezident seçkilərinə təsiri böyük olacaq!”- deyə yazıb.

Fransada prezidentliyə namizədlər Marin Le Pen, Fransua Fillen və Jan-Luk Melenşon artıq səs veriblər.

Marin Le Pen Enen-Bomon şəhərində səs verib.

O, 2007-ci ildə bu şəhərdən deputat seçilib.

Jan-Luk Melenşon və Fransua Fillen Parisdə səs verib.

Rəy sorğuları Macronun, əsas rəqibi Marin Le Pendən cüzi fərqlə irəlidə olduğunu göstərir.

Amma onun seçkinin ikinci mərhələsində qələbə çalacağı gözlənilir.

Reuters yazır ki, onun qələbəsi Avropada populizmə zərbə və Avrozonanın möhkəmlənməsinə səbəb ola bilər.

XS
SM
MD
LG