Accessibility links

Lauren Fabius: "Suriya prezidenti hakimiyyəti tez bir zamanda tərk etməlidir"


Suriyanın müxalifət liderləri bu ay Parisdə görüş keçirməlidir. Fransanın xarici işlər naziri Lauren Fabius Əl-Əsədə qarşı mübarizədə hər gün 100 adamın öldürüldüyü Suriyada vəziyyəti dəhşətli adlandırıb. Müxalifətin görüşünün yanvarın 28-də keçiriləcəyini bəyan edən nazir deyib ki, Suriya prezidenti tez bir zamanda hakimiyyəti tərk etməlidir.

Lauren Fabius Suriyada demokratiya əldə edilməsinə çalışan dəyərli insanlar tərəfindən təşkil edilən müxalifət koalisiyanın dünyanın 100-dən artıq ölkəsi tərəfindən rəsmən tanındığını deyib. “Avropa-1” radiosuna müsahibəsi zamanı nazir toplantıya koalisiyanı dəstəkləyən qüvvvələrin də qatılacağını bəyan edib.

Fransa Suriyada 60 mindən artıq insanın həyatı bahasına başa gələn 22 aylıq qarşıdurmalara son qoyulması səylərində fəal iştirak edir.

Müxalifət liderləri son dəfə şənbə günü İstanbulda toplaşaraq, müvəqqəti hökumətin təşkili məsələsini müzakirə edib. Milli Koalisyanın razılığı beynəlxalq ictimaiyyətin narahatlıqlarına cavab verə bilər. Əks təqdirdə koalisiyada parçalanma yarana bilər.

Suriyanın xarici işlər naziri prezidentsiz gələcəklə bağlı danışıların qəbuledilməz olduğunu deyib.
XS
SM
MD
LG