Accessibility links

Fransada Suriya böhranına dair danışıqlar keçirilir


Fransa Birləşmiş Ştatlar, Avropa, İordaniya və Türkiyənin nümayəndələrinin iştirakı ilə Suriyada münaqişəyə dair danışıqlara ev sahibliyi edir. Fransa xarici işlər nazirliyinin verdiyi məlumata əsasən, müzakirələr Suriyanın müttəfiqləri olan Rusiya və İranın nümayəndələrinin iştirakı olmadan keçirilir.

Görüşdə İslam Dövləti qrupuna qarşı mübarizə, mülki vətəndaşların müdafiə edilməsi məsələləri, habelə Fransanın gələn həftə BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcəyi qətnamə layihəsi haqda təklif ətrafında müzakirələr aparılır.

Qətnamədə Suriya prezidenti Bəşar Əl-Əsəd qüvvələrinin əhalisinə qarşı çəllək bombalarından istifadə etməsinin qarşısının aınması nəzərdə tutulur. Çəllək bombaları havadan atıılan qəlpələr və partlayıcılarla dolu polad çəlləkləklərə deyilir.

Danışıqlarda yüksək səviyyəli rəsmilər iştirak etmir. Birləşmiş Ştatlar tərəfindən görüşdə Dövlət katibi Con Kerrinin yerinə dövlət katibinin müavini Entoni Blinken iştirak edir.

Fransa rəsmiləri Suriyaya dair Birləşmiş Ştatlar, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə arasında keçən həftə Vyanada keçirilən danışıqlarda iştirak etməyib.

Suriyada 2011-ci ildə başlayaraq davam edən vətəndaş müharibəsi nəticəsində 240 mindən çox insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG