Accessibility links

Fransa BMT Təhlükəsizlik Şurasını Suriya ilə bağlı təcili iclas keçirməyə çağırıb


Fransanın xarici işlər naziri Jan İv Le Drian
Fransanın xarici işlər naziri Jan İv Le Drian

Fransa Türkiyəni Suriyada təmkin göstərməyə çağırıb. Bunu Fransanın xarici işlər naziri Jan İv Le Drian türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətindən sonra bildirib.

Fransa Türkiyə rəsmilərini bu mürəkkəb vəziyyətdə təmkin göstərməyə çağırır. Dəməşq rejimi və onun müttəfiqlərinin hərbi əməliyyatlarının nəticəsi olaraq Suriyanın bir sıra regionlarında humanitar vəziyyət pisləşir”, Le Diran açıqladığı bəyanatında bildirib.

Fransanın xarici işlər naziri Jan İv Le Drian Suriyadakı vəziyyətlə bağlı BMT təhlükəsizlik şurasında təcili iclas keçirilməsi tələbi ilə çıxış etdiyini təsdiq edib.

Türkiyənin hərbi konvoyu Türkiyə-Suriya sərhəddindəki Kilis vilayətində, 21 yanvar, 2018.
Türkiyənin hərbi konvoyu Türkiyə-Suriya sərhəddindəki Kilis vilayətində, 21 yanvar, 2018.

Türkiyə ordusunun bildirdiyinə görə, quru qüvvələr bazar günü Suriyanın Afrin bölgəsinə daxil olub. Bundan öncə Türkiyənin döyüş təyyarələri yanvarın 20-də ABŞ-ın dəstəklədiyi kürd hərbi dəstələrini sərhəd regionundan çıxarmaq məqsədilə Afrində onların mövqelərinə hücum edib.

Türkiyənin “Zeytun budağı" əməliyyatı adlandırdığı bu hücumlar prezident Rəcəb Tayyib Ərdoğan və onun kabinetinin nazirlərinin Suriyada YPG-yə qarşı xəbərdarlıqlarından sonra həyata keçirilib. Türkiyə YPG-ni otuz ildir Türkiyənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şərq bölgəsində silahlı mübarizə aparan fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası (PKK)-nın bir qolu hesab edir.

XS
SM
MD
LG