Accessibility links

Fransa və ABŞ diplomatları oktyabrın 5-də danışıqlar aparacaqlar


Fransanın xarici işlər naziri Jan İv Le Drian oktyabrın 5-də Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken ilə danışıqlar aparacaq. Le Drianın ofisinin yaydığı məlumata görə, nazirlər iki ölkə arasında inamı bərpa etməyə çalışacaq.

Birləşmiş Ştatlar və Fransa arasında diplomatik əlaqələr Avstraliya ABŞ və Britaniya texnologiyası ilə hazırlanan ən azı səkkiz nüvvə enerjisi ilə işləyən sualtı qayıq inşa etmək üçün Fransa ilə 40 milyard dollarlıq sualtı qayıq razılığını ləğv edəndən sonra ötən ay ən aşağı səviyyəyə çatıb.

Fransa cavab olaraq Birləşmiş Ştatlardan səfirini geri çağırmışdı, lakin səfir artıq Vaşinqtona geri dönüb.

ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron sualtı qayıq razılığı ilə bağlı narazılıqdan sonra artıq danışıq aparıblar və ikitərəfli münasibətlərlə bağlı “dərin məsləhətləşmələr” aparmağı vəd ediblər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG