COVID-19-a yoluxma halları artmağa davam etdiyi və virusun yeni daha yoluxucu variantların üzə çıxdığı bir vaxt bəzi ölkələr yeni səyahət qadağaları tətbiq edirlər.
Fransa Aİ-nın üzvü olmayan bütün ölkələrə gediş-gəlişi qadağan edir. Bazar günü qüvvəyə minəcək yeni qanuna əsasən, Avropa İttifaqı ölkələrindən Fransaya daxil olmaq istəyən səyahətçilər mənfi koronavirus testinin cavablarını göstərməli olacaqlar.
Bir neçə Avropa və Afrika ölkələrindən, o cümlədən Braziliya, Britaniya, Esvatini, İrlandiiya, Lesoto, Portuqaliya və Cənubi Afrikadan gələn insanların Almaniyada daxil olmalarına icazə verilməyəcək. Lakin həmin ölkələrdən gələn Almaniya sakinləri, test ntəicələri müsbət çıxsa belə, ölkəyə daxil ola biləcəklər.
ABŞ-da Miçiqan Universitetinin on dörd tələbəsi virusun Britaniyada üzə çıxan variantına yoluxandan sonra karantinə salınıblar. Tələbələrdən birinin qış tətilində Britaniyaya səfər etdiyi deyilir.
Cənubi Karolinanın səhiyyə rəsmiləri iki nəfərdə Cənubi Afrikada üzə çıxan variantını aşkar etdiklərini bildiriblər.
ABŞ-ın dərman və tibbi cihaz istehsalçısı Johson & Johnson bildirir ki, qlobal sınaq nəticələri COVID-19 vaksininin virusa qarşı 66 faiz təsirli olduğunu göstərib.
Şirkətin Belçikadakı filialı Janssen tərəfindən istehsal olunan bir dozalı vaksin, belə görünür, Cənubi Afrika variant daxil olmaqla ciddi xəstəliyin qarşısını almaqda 85 faiz effektivdir.
Şirkətin bildirdiyinə görə, ABŞ, Cənubi Afrika və Braziliyada keçirilən sınaqda iştirak edən 44,000-dən çox insandan heç biri ölməyib.
ABŞ vaksinin 100 milyon dozasını almağa razılaşıb, şirkət bildirib.
The Johnson & Johnson vaksini pandemiya ilə mübarizə üçün təsdiq olunan dördüncü vaksindir.
Cons Hopkins Koronavirus Resurs Mərkəzi şənbə günü bildirib ki, dünya boyu COVID-19-a 102 milyondan çox yoluxma qüydə alınıb.
ABŞ 25.9 milyon yoluxma ilə birinci yerdə, Hinidistan 10.7 milyon yolxuma ilə ikinci, Braziliya isə 9.1 milyon yoluxma ilə üçüncü yerdə gəlir.