Accessibility links

Fransa və Azərbaycan xarici işlər nazirləri cəbhədəki durumu müzakirə edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian

Cümə günü, oktyabrın 2-də Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov və Fransanın xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığında Azərbaycan-Ermənistan cəbhəsində gərgin durum diqqət mərkəzində olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, nazir Jan İv Lö Drian bölgədə yaşanan gərginlikdən ciddi narahatlıq ifadə edib. O, gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib.

Nazir Ceyhun Bayramov sentyabrın 27-də Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.

“Bunun Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halının olduğunu vurğulayan nazir, dinc əhalinin atəşə tutulmasının Ermənistan rəhbərliyinin terrorçu mahiyyətini göstərdiyini qeyd edib. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək, yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib,” məlumatda deyilir.

Fransanın baş diplomatı habelə Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanla danışıb. Erməni mənbələri nazirlərin Dağlıq Qarabağda hazırkı durumu, jurnalistlərin hədəf alındığını, ələlxüsus fransız jurnalistlərin vəziyyətini müzakirə etdiklərini bildirirlər.

ATƏT Mnsk Qrupuna həmsədr ölkə olaraq Fransa rəhbərliyi münaqişənin alovlanmasından dərin narahatlığını bildirərək bir sıra bəyanatlarla çıxış edib.

Çox sayda erməni mühacirin yaşadığı Fransanın Prezidenti Emmanuel Makron Lativyaya səfəri zamanı Türkiyədən gələn “müharibə xarakterli” mesajlardan son dərəcə narahat olduğunu bildirib.

Onun sözlərinə görə, bu mesajlar “Dağlıq Qarabağı hərbi baxımdan yenidən tutmaq üçün” Azərbaycanın tərəddüdlərini aradan qaldırmağa xidmət edə bilər.

“Biz bunu qəbul etməyəcəyik,” Makron deyib.

Rəsmi Paris Rusiya, Fransa və ABŞ-ın təmsil olunduqları ATƏT Minsk Qrupunun münaqişənin həllinə vasitəçilik etməsinə tərəfdar olduğunu bildirərək bu qurum çərçivəsində atəşkəsin müzakirə olunmasını istəyir.

Sentyabrın 27-də Dağlıq Qarabağda Azərbaycan-Ermənistan qüvvələri arasındakı təmas xəttində aktiv hərbi əməliyyatlar başlayıb. Tərəflər çoxsaylı itkilərin olduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG