Accessibility links

Fransanın kimya zavodunda yanğın


Yanğınsöndürənlər kimyəvi zavodda baş verən yanğınla mübarizə apardığı, hökumətin isə ətrafdakı 11 yaşayış məntəqəsindəki məktəbləri bağlayıb, sakinlərə qapalı yerdə qalmağı tövsiyə etdiyi bir vaxt Normandiya üzərində qara tüstü artmaqda davam edib.

Fransanın AFP xəbər agentliyi regionun yüksək səviyyəli rəsmisinə istinadən bildirib ki, yanğın yaxınlıqdakı Sena çayı üçün çirklənmə təhlükəsi yaradıb.

"Yanğınla mübarizə hələ də davam edir və biz alovun yaratdığı çirklənmənin Senaya tökülməsindən narahatıq" - deyə, Pyer-Andre Duran jurnalistlərə bildirib.

Fransanın daxili işlər naziri Kristof Kastane RTL radiosu ilə çıxışı zamanı xəsarət alanların olmadığını deyib və bildirib ki, tüstünün təhlükəli olduğuna dair heç bir element yoxdur.

Lakin təxminən 200 yanğınsöndürənin yanğınla mbarizə apardığı ərazidə ehtiyat tədbirləri görülür və havanın keyfiyyəti yoxlanır.

XS
SM
MD
LG