Accessibility links

Zərif Fransaya: "Absurd cəfəngiyyatlardan əl çək"


İranian xarici İişlər naziri Məhəmməd Cavad Zərif bazar günü Fransanın Tehranın nüvə silahlarını inkişaf etdirmə mərhələsində olduğu iddiasını rədd edərək, bunu "absurd cəfəngiyyat" adlandırıb.

Fransa xarici işlər naziri Jan-İv Le Drian şənbə günü Journal du Dimanche qəzetinə verdiyi müsahibədə İranın nüvə silahlarını qabiliyyətini artırdığını və Vaşinqtonun 2015-ci il nüvə anlaşmasına qayıtmasının vacibliyini vurğulayıb.

"Hörmətli həmkarım: kabinet karyeranıza müharibə cinayətkarı Səudiyyə Ərəbistanına silah satışı ilə başladınız. İranla əlaqəli absurd cəfəngiyatlardan çəkinin" - deyə, Zərif fransız həmkarı @JY_LeDrian' təq etdiyi Twitter postunda bildirib.

Fransa Prezidenti Emmanuel Makron hökumətinin Səudiyyə Ərəbistanının hərəkətlərini dəstəkləməsi və Ər-Riyada satdığı silahlardan Yəmən əməliyyatlarında istifadə edilməsinə icazə verməsi bəzi ölkələr və hüquq müdafiə qruplarının tənqidlərinə səbəb olub.

"Gerçəkliyin yoxlanılması: BİZİM bölgəmizi sabitsizləşdirirsiniz. Yəməndəki uşaqları öldürmək üçün SİZİN silahlarınızdan istifadə edən cinayətkarları qorumağı dayandırın" - deyə, Zərif Le Drianın daha əvvəlki tvitinə cavab yazıb.

Zərif Çin və Rusiya ilə razılıqda qalan Fransa, Almaniya və İngiltərəni 2018-ci il ABŞ Prezidenti Donald Trampın müqaviləni tərk edərək İrana qarşı sərt iqtisadi sanksiyaları bərpa etdiyidən bəri razılığın şərtlərinə əməl etmədiklərinə görə tənqid edib.

20 yanvarda vəzifəsinə başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərinə sərt cilovlar qoyan müqaviləyə "İran ciddi şəkildə uyğunlaşmağa davam edərsə", ABŞ-ın razılığa qayıdacağını vəd edib.

Trampın "maksimum təzyiq" siyasətinə cavab olaraq İran razılaşmanın bir çox məhdudiyyətlərini tədricən pozub. Ancaq Tehran Vaşinqtonun sanksiyaları ləğv edəcəyi təqdirdə bu addımları tez bir zamanda geri çevirə biləcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG