Accessibility links

Fransada etirazların 19-cu həftəsində təhlükəsizlik tədbirləri gücləndirilib


Fransa höküməti nümayişlərin 19-cu həftəsində ötən həftə Parisdə baş verən iğtişaşın təkrarlanmasının qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərini artırmağa söz verib.

Rəsmilər şənbə günü paytaxtın Yelisey Çölləri (şanzeli) prospekti və Bordo, Tuluz, Marsel, Nis və Ruen kimi bir çox şəhərinin mərkəzi yerlərində etirazların keçirilməsini qadağan edib.

Parisdə şənbə günü bəzi yaşıl jiletlilər Eyfel Qülləsinin yanında Trokadero plazasında toplaşıb. Digərləri isə Parisin cənubunda Denfert-Roşero plazasından şəhərin şimalında Monmartradək nümayiş keçirməyə çağırıb.

Parisin polis idarəsinin yeni rəisi Didier Lalman deyib ki, hər hansı zorakılığa cəld cavab vermək üçün xüsusi polis bölmələri yaradılıb.

Paytaxtda təxminən 6 min polis zabiti yerləşdirilib və nümayişləri izləmək üçün iki drondan istifadə olunur.

Rəsmilər həmçinin polis qüvvələrinə nizamı qorumağa yardım etmələri üçün əsgərləri səfərbər edib.

Prezident Emmanuel Makron cümə günü müxalifət liderlərinin ordunu cəlb etməsi ilə bağlı tənqidlərini rədd edib.

“İnsanları və ya özlərini qorxutmağa çalışanlar səhvdirlər”, deyə o söyləyib.

Fransa höküməti bu həftə yeni təhlükəsizlik tədbirləri elan edib və Şanzelizedə baş verən iğtişaşlardan sonra Parisin polis idarəsinin rəisini əvəzləyərək Lalmanı təyin edib.

Ötən həftə zorakılıqların artması 4 aydır davam edən hökümət əleyhinə hərəkatlardan sonraya təsadüf edib.

Nümayişlər noyabr ayında yanacaq vergilərinin artmasına etiraz olaraq başlayıb, lakin daha sonra Makronun iqtisadi siyasətinə etiraz olaraq davam edib. Nümayişçilər onun bizneslər və zənginləri adi fransız işçilərdən üstün tutduğunu söyləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG