Accessibility links

Fransada fövqəladə vəziyyət elan edilə bilər


Fransada on illər ərzində ən ağır kütləvi aksiyaların qarşısının alınması üçün fövqəladə vəziyyət elan edilə bilər.

Dekabrın 1-də keçirilən kütləvi etiraz aksiyaları zamanı baş verən toqquşmalarda 133 adam xəsarət alıb.

Bundan başqa 400-dən çox aksiyaçının saxlandığı xəbər verilir.

Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir.

Polisin məlumatına görə, xəsarət alanlardan 23-ü polisdir. Aksiyaçılar Parisin mərkəzində barrikadalar qurub,t onqal qalayıb, polisi daşa basıb, avtomobil və digər əmlaklara ziyan vurublar.

Öz növbəsində polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

Şəhərdə onlarla metro stansiyası bağlanıb.

Fransa prezidenti Emmanuel Makron zorakılığa görə cavabdehlik daşıyanların məsuliyyətə cəlb ediləcəklərini vəd edib.

Fransa hakimiyyəti dəfələrlə bəyan edib ki, dizel yanacağına vergini qaldırmaqda məqsəd, ətraf mühitin çirklənməsinin qarşısını almaq və ekoloji cəhətdən daha təmiz avtomobillərin istehsalını genişləndirməkdir.

Fransa mətbuatının yazdığına görə, ölkə boyu keçirilən nümayişlərdə ümumilikdə 75 minədək adam iştirak edib.

XS
SM
MD
LG