Accessibility links

Fransada hökumətin ətraf mühit syasətinə etirazlar davam edir


Fransada hökumətin yanacaq qiymətlərinin bahalanmasına yol açan ətraf mühit syasətinə etirazlar davam edir.

Bu gün 20 minə yaxın adam yollar, neft depoları və benzindoldurma məntəqələrini bağlayıb.

Şənbə günü 300 minə yaxın insan etiraz aksiyalarına qatılmışdı.

Təşkilatçılar prezident Emmanuel Makron hökumətinin yanacaq vergilərini ləğv etməsə, noyabrın 24-də daha geniş aksiyaya çağırıb.

Nümayişçilər Fransa iqtisadiyyatı və sakinlərin enerji məsrəflərinin az olduğuna dair təsəvvürlərə etiraz edib.

Bəzi tənqidçilər Makronu “zənginlərin prezidenti” adlandırır.

Hökumətin geri çəkilmək niyyəti yoxdur. Baş nazir Eduar Filip deyib ki, nümayişçilərin qəzəbi yatmayınca, siyasətdə dəyişiklik aparılmayacaq.

Panika içərisində olan sürücünün bir nümayişçini vurması nəticəsində onun həlak olduğu bildirilir. 500-dən artıq insan xəsarət alıb.

Fransa hakimiyyəti 2019-cu ildən dizel yanacağı və benzinə vergini artırıb.

Rəsmi Paris deyir ki, məqsəd havanın çirklənməsi ilə mübarizə aparmaqdır.

XS
SM
MD
LG