Accessibility links

Fransada həbsxanadan qeyri-adi qaçış


Fransanın Reu həbsxanası

Məşhur fransız qanqster saxlanıldığı həbsxanadan üç silahlı ortağı tərəfindən helikopter vasitəsilə qaçırılıb.

46 yaşlı Redoin Fayid, 2010-cu ildə uğursuz qarət zamanı polis məmurunu öldürərək 25 il həbs cəzası almışdı.

Redoin Fayid
Redoin Fayid

Ədliyyə naziri Nikol Bellobet bildirib ki, bu, təxribatçı dəstə tərəfindən çox yaxşı hazırlanmış qeyri-adi bir qaçış idi.

“Çox güman ki, dəstə bu bölgəni dronlar vasitəsilə öyrənib. Hələ də davam edən məhkəmə araşdırması bunu göstərəcək. Bu qeyri-adi qaçışa gətirib çıxardı.”

Helikopter Paris yaxınlığında yerləşən Reu həbsxanasının həyətinə endiyi zaman Fayid qardaşı tərəfindən ziyarət edilirdi. Qara geyimli iki şəxs helikopterdən düşüb tüstü bombaları və elektrik vasitələrindən istifadə edərək, Fayidin qardaşı ilə görüşdüyü otağa daxil olub.

Üçüncü şəxs isə günün əvvəlində yaxınlıqda yerləşən hava limanlarının birindən girov götürülmüş uçuş təlimçisi olan pilota nəzarət etmək üçün helikopterdə qalıb. Bir qədər sonra o heç bir xəsarət almadan şok halında azad edilib.

Helikopter sonradan Parisin şimalında Qarqe-le-Qones şəhərinin ətrafında tapılıb.

Fayidin qardaşı müstəntiqlər tərəfindən sorğulanır.

Fayid daha əvvəl də həbsxanadan qaçıb.

Fayid daha əvvəl də həbsxanadan qaçmışdı. 2013-cü ildə o, Fransanın şimalında yerləşən həbsxanadan dinamitdən istifadə edərək qaçmışdı. O, altı həftə sonra ələ keçirilmişdi.

Fayid 1990-cı illərdə Fransa paytaxtında silahlı qarət və qəsbkarlıqla məşğul olan bir dəstəni idarə edirdi.

Daha əvvəllər o, həyat tərzinin Hollivudun gangster filmləri, o cümlədən Al Paçino-nun oynadığı “Scarface” filmindən ilhamlanıldığını söyləmişdi.

XS
SM
MD
LG