Accessibility links

Fransada həftə sonu etirazları davam edir


Parisdə sarı jiletlilər, həmkarlar ittifaqları və ətraf mühit fəalları çox sayda həftə sonu etirazları planlaşdırdığı üçün minlərlə polis zabiti şəhərdəki hökümət binaları, heykəllər və abidələri qorumaq üçün səfərfər olunub.

Hökümət əleyhinə yüzlərlə etirazçı şənbə günü səhər Parisin küçələrində yürüşə başlayıb.

Sarı jiletlilərin təşkilatçısı Tierri-Pol Valet cümə günü The Associated Press-ə bildirib ki, nümayişçilər Paris və digər şəhərdəki etirazların onların iqtisadi ədalətsizliyə qarşı hərəkatını canlandıracağına ümid edir.

Fransa prezidenti Emmanuel Makron bu ilin əvvəli sari jiletlilərin bəzi narahatlıqlarını ünvanlayıb, lakin onun Fransanın bahalı və qarışıq təqaüd sistemini dəyişmək planı sari jiletlilərin yenidən qəzəblənməsinə səbəb olub.

Ultra-solçu İşçilərin Qüvvəsi adlı həmkarlar ittifaqı da şənbə günü pensiya islahatına qarşı ayrı yürüş keçirib. Onlar yeni qaydanın insanları daha uzun zaman işləməyə məcbur edəcəyindən və pensiyaları azaldacağından narahatdır.

Bu arada isə iqlim fəalları şənbə günü Parisdə nümayiş keçirərək, hökümət və şirkətləri emissiyaları azaltmaq və yanan Amazon tropik meşəsi, habelə əriyən Şimal Buzlu okeanı qorumaq üçün daha çox səy göstərməyə çağırır.

XS
SM
MD
LG