Accessibility links

Fransada maska qaydaları 6 yaşlı uşaqlardan başlayaraq tətbiq edilir


Fransa rəsmiləri şənbə günü maskalardan istifadə qaydaları üçün yaş həddini endirərək, 6 yaşlı uşaqlardan başlayaraq tətbiq ediləcəyini açıqlayıb. Rəsmilər tərəfindən bunun elan edilməsi məktəblərin bazar ertəsi qış tətilindən sonra açılmasından əvvələ təsadüf edir.

Uşaqların qapalı ictimai yerlərlə yanaşı, Paris və Lion kimi açıq havada da maska taxılması tələb edilən şəhərlərdə də maska taxması tələb edilir.

Fransa rəsmiləri şənbə günü daha yoluxucu omikronun variantının dörd gün ərzində 200,000-dən çox yeni yoluxmalara səbəb olduğunu bildirib.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətləri Konfederasiyasının icraçı direktoru şənbə günü BBC-yə bildirib ki, omikronun səbəb olduğu yoluxma hallarının artması xəstəxanaları ziyarətləri qadağan etməyə məcburiyyəti qarşısında qoya bilər.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, pandemiya təxminən iki il əvvəl başlayandan bəri Avropada koronavirusa yoluxma hallarının sayı 100 milyonu keçib. Dünya boyu təxminən 290 milyon yoluxma halı qeydə alınıb.

Fransa xəbər agentiyinin şənbə günü verdiyi məlumata əsasən, son yeddi gündə Avropada təxminən 5 milyon yoluxma halı qeydə alınıb və Avropanı təşkil edən 52 ölkə və ya ərazidən 17-si omikron variantının yayılması səbəbi ilə bir gündə infeksiyarda yeni rekord artım müəyyənləşdirib.

Reuters agentliyi xəbər verir ki, bu halların 1 milyondan çoxu ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya və Rusiyadan sonra pandemiyanın başlanmasından bəri 10 milyondan çox yoluxma halını təsdiqləyən altıncı ölkə olan Fransada qeydə alınıb.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bazar günü dünya boyu koronavirusa 289,3 milyon yoluxma və 5,4 milyon ölüm halının qeydə alındığını bildlirib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG