Accessibility links

Fransada "Nuit Debout" hərəkatı [Video]


Fransada "Nuit Debout" hərəkatı
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Fransada "Nuit Debout" hərəkatı

Fransada artıq dördüncü həftədir davam edən "Nuit Debout", yəni "Gecə Ayaqda" adlı hərəkat stereotiplərə meydan oxuyur. Hökümətin əmək islahatlarına qarşı etiraz edən solçu Paris hərəkatı Fransanın və Avropanın digər şəhərlərinə yayılıb, digər məsələləri qaldırıb və sosial inqilabın olacağına dair söz-söhbətlərə səbəb olub.

Bu, Fransadakı dərin böhranın nəticəsidir. Biz artıq bizi idarə edən insanlara inanmırıq.

Ötən il baş verən terror hücumlarına qarşı kütləvi etirazlar artıq bitib. Place de la Republique- Respublika Meydanındakı bugünkü mesaj həm şən, həm də inqilabidir.

Fransada minlərlə insanı bir araya gətirən isə “Nuit Debut, bütün gecə ayaqda” adlı hərəkatdır. Amma bu hərəkat elə bütün günü də davam edir.

Burada insanlar yeni Fransa konstitusiyası hazırlamağa çalışır, Konqo Respublikasındakı son səsvermə kimi məsələləri müzakirə edirlər.

Buraya müxtəlif insanlar müxtəlif məqsədlər üçün gəlir.

“Səbəb yoxsulluqdur. Mən küçələrdə yaşayıram və mübarizə aparıram.”

Bəziləri isə buraya fərqli tədbirlər üçün gəlib. Məsələn Əlcəzairin Şimali Kabilia regionuna həsr olunmuş bu tədbir.

Nuit Debout- Gecə Ayaqda
Nuit Debout- Gecə Ayaqda

“Mən bütün dünyada, öz ölkəmdə terror əvəzinə sülh istəyirəm.”

Digərləri isə sadəcə buradan keçənlərdir.

“Bu qədər insanın bir araya gəlib bir şeyləri dəyişməyə çalışdıqlarını görmək çox sevindirici bir haldır.”

Bəs bu insanların dəyişmək istədikləri nədir?

“Nuit Debout-nu başa salmaq bir az çətindir. Bu, ənənəvi sosial və ya siyasi hərəkat deyil. Bu hərəkat həmkarlar ittifaqları və ya siyasi partiyalar tərəfindən təşkil olunmayıb”

Buradakı bir çox insanın solçu hökümətdən, yüksək işsizlik səviyyəsindən və pisləşən iqtisadiyyatdan bezib. Nuit Debout Birləşmiş Ştatlardakı Occupy və ya İspaniyada vətəndaş partiyalarına səbəb olan indignados, yəni sosial qəzəb hərəkatına bənzəyir.

Nuit Debout-nu başa salmaq bir az çətindir. Bu, ənənəvi sosial və ya siyasi hərəkat deyil. Bu hərəkat həmkarlar ittifaqları və ya siyasi partiyalar tərəfindən təşkil olunmayıb.

“Məncə bu, Fransadakı dərin böhranın nəticəsidir. Biz artıq bizi idarə edən insanlara inanmırıq.”

Amma Buir Debout hələ də məhduddur. Hərəkat hələ də Fransanın aşağı gəlirli ərazilərinə yayılmayıb.

"Məncə Respublika Meydanındakı hərəkat daha çox təhsilli, şəhər insanlarının hərəkatıdır.”

Nuit Debout əsasən dinc keçsə də, bəzən şiddət də olur. Hərəkatın nələrə səbəb olacağı və nə zaman bitəcəyi isə bilinmir.

XS
SM
MD
LG