Accessibility links

Fransada polis zorakılığına qarşı etirazlar davam edir


Şənbə günü minlərlə insan Parisdə polis zorakılığı və Prezident Emmanuel Makronun təhlükəsizlik siyasəti planlarına qarşı etiraz edib. Nümayişçilər bu planların vətəndaş azadlıqlarını azaldacağını deyir.

Etiraz zamanı yaşanan bir insidentdə polis onlara qarşı fişəngin atılması nəticəsində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Gənclər bir mağazanın pəncərəsini sındırıb. Ötən həftə bənzər etiraz askiyası zamanı da etirazçılarla polis arasında zorakı toqquşmalar baş verib.

Makronun hakim partiyası ictimaiyyətin və siyasi solun etirazları nəticəsində bu həftə fikrini dəyişərək təhlükəsizlik qətnaməsində polis zabitlərinin şəkillərinin dərc etməsini qadağan edən hissəni dəyişəcəyini bildirib.

Etirazçılar Fransa paytaxtında iğtişaş polisinin nəzarəti altında yürüş ediblər. Onlar üzərində “Fransa, polis hüquqlarının ölkəsi” və “Təhlükəsizlik qanununun ləğvi” şüarları yazılan plakatları nümayiş etdiriblər.

“Biz azadlıqların getdikcə daha çox məhdudlaşdırıldığı bir zamana doğru irəliləyirik. Bunun heç bir əsası yoxdur,” Paris sakini Karin Şebabo bildirib.

Bir digər etirazçı Xaviyer Molenat deyib: “Fransanın azadlıqların vacibliyi ilə bağlı başqalarına nəsihət verdiyi halda özünün həmin azadlıqları məhdudlaşdırmaq kimi bir vərdişi var.”

Qaradərili musiqi prodüseri Mişel Zeklerin noybar ayının sonunda bir neçə polis zabiti tərəfindən döyülməsi ictimai qəzəbi artırıb. Həmin insidentin nəzarət kameralarının lentə aldığı və mobil telefona çəkilən görüntülərin internetdə yayılmasından sonra üstü açılıb.

Tənqidçilər ilkin qanun layihəsi bəzi insan haqları qruplarının hüquq mühafizə orqanlarında sistemik rasizmin olduğuni iddia etdikləri ölkədə polisi cavabdeh utumağı çətinləşdirəcəyini deyirdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG