Accessibility links

Fransada radikallaşmanın qarşısını almaq eksperimenti aparılır [Video]


Fransada radikallaşmanın qarşısını almaq eksperimenti aparılır
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Fransada radikallaşmanın qarşısını almaq eksperimenti aparılır

Fransa Qərbi Avropanın ən böyük cihadçı ixracatçısıdır, amma radikallaşmaya qarşı mübarizə proqramları baxımından regiondakı bütün ölkələrdən geridə qalır. İndi isə bu, sürətli olmasa da, dəyişir. İslam Dövləti qrupunun İraq və Suriyada zəifləməsi ilə döyüşçülər geri qayıdır və qayıtdıqları ölkədə təhlükə yaradır.

Şərab paytaxtı kimi tanınan Bordonun artıq başqa bir sahədə reputasiyası artır.

Şəhərin mərkəzində təcrid edilmiş bir evdə radikallaşmanın qarşısını almaq üçün eksperiment aparılır. Psixoloqlar, hüquqi ekspertlər və imamlar riskə açıq gənclər və onların ailələri ilə işləyir.

“Bizim rolumuz dinə qarşı mübahisəli və ya səxsiyyətə bağı olmayan daha açıq yanaşma və tənqidi düşüncə təşviq etməkdən ibarətdir,” deyə Capri proqramından imam Fuad Saanadi bildirir.

Capri proqramı yerli müsəlman federasiyası ilə Bordo bələdiyyəsi arasında edilən əməkdaşlıqdır. Ölkədəki digər bələdiyylər də bunu etməyi düşünür.

“Gənclər və ailələri üçün bizim bu proqramı müsəlman icması ilə birlikdə hayata keçirməyimiz mübsət bir haldır. Bu onu göstəriri ki, biz islamı radikallaşma ilə əlaqələndirmirik,” deyə Bordo merinin müavini və Capri proqramının sözçüsü Mark Fetuh bildirir.

Məncə, əgər cihadçı baxımından radikallaşmanın qarşısı almağın səmərəli yolunu axtarırsansa, açıq-aydın bir şəkildə bu mübarizəyə dini də daxil etməlisən.
Fərhan Xosroxavar

Son iki ilə ərzində baş verən üç böyük terror hücumundan sonra Fransada radikallaşmanın qarşısını almaq eskperimentləri artıb. Bordo bu problemi kökündən kəsmək istəyir.

Hökümət terrorçuların sosial mediada apardıqları propaqandanın qarşısını almaq üçün yeni kampaniyaya başlayıb. Yeni "Heaven Will Wait" (Cənnət Gözləyəcək) filminin ssenarisi də buna əsaslanır.

Amma bəzi ekspertlər düşünür ki, Fransa kimi yüksək dərəcədə dünyəvi bir ölkə radikallaşmaya həll yolları axtarışında islama daha böyük rol verməlidir.

“Məncə, əgər cihadçı baxımından radikallaşmanın qarşısı almağın səmərəli yolunu axtarırsansa, açıq-aydın bir şəkildə bu mübarizəyə dini də daxil etməlisən.”deyə İctimai Elmlər üzrə Ali Məktəbin nümayəndəsi Fərhan Xosroxavar bildirir.

Bordodaki Capri komandası möcüzələr gözləmir. Radikallaşma sürətlə baş verir. Amma sosial əlaqələri bərpa etmək bir az vaxt ala bilər.

XS
SM
MD
LG