Şənbə günü “sarı jiletlilər”in planlaşdırılmış nümayişləri üçün Parisdə çox sayda polis yerləşdirilib. Hüquq-mühafizə orqanları ötən həftələrdə keçirilən etirazların zorakı hal almasından sonra dəfələrlə sakitliyə çağırıb.
İğtişaş geyimləri geyinən təhlükəsizlik qüvvələri mərkəzi qatar stansiyaları və məşhur Şanzelize (Yelisey Çölləri) bulvarı ətrafında yer alıb. Orada mağazalar bağlanıb və pəncələrinə lövhələr vurulub. Hüquq-mühafizə orqanları bildirib ki, Fransa paytaxtında 8 min polis və 14 zirehli maşın yerləşdirilib.
Polisin verdiyi məlumata görə, etirazlardan öncə Fransa paytaxtında səhər saatlarında 21 nəfər həbs olunub.
Ötən həftə sonu bir qrup nümayişçi mağazaları dağıdıb və qarət edib, polislə qarşıdurma yaşayıb və küçələrdə yanan barrikadalar qoyub.
“Sarı jiletlilər” hərəkatı noybar ayının ortalarında yanacaq vergisində artımlara qarşı etiraz olaraq başladı, lakin daha sonra Fransada yüksək yaşayış xərcləri və prezident Emmanuel Makronun hökümətinin işçilərin gündəlik mübarizələrindən xəbərar olmaması ilə bağlı qəzəbə çevrildi.
Şənbə günü mərkəzi Müqəddəs Lazar qatar stansiyası yaxınlığında güclü polis mövcudluğu var idi. Orada iğtişaş polisi çantaları yoxlayıb. Yaxınlıqda isə 20 polis maşını və su şırnaqları yerləşdirilib.
Səhər yüzlərlə insan Şanzelize bulvarında toplaşmağa başlayıb.
Biz etiraza gələ bilməyən və ya qorxan bütün ailə üzvlərimiz və dostlarımızı təmsil etmək üçün burdayıq – deyə, sari jiley geyinib, çiyninə Fransa bayrağını atmış 27 yaşlı istehsal işçisi Pyer Lami bildirib. .
O deyib ki, etirazların səbəbi artıq artan neft vergisi deyil və bu etiraz artıq iqtisadi ədaələt hərəkatına çevrilib.
Makron sakitliyə çağırır
Cümə günü Makron nümayişlər zamanı sakitliyə çağırıb və Fransa höküməti də internet üzərindən nümayişlərin dinc keçirilməsinə dair çağırışları yeniləyib.
“Etiraz etmək hüquqdur. Bu hüquqdan necə istifadə etməli olduğumuzu bilməliyik” deyə, hökümətin rəsmi Twitter hesabında paylaşdığı 34 saniyəlik videoda bildirilir.