Accessibility links

Fransalı neftçini qətlə yetirən yəmənli ölüm cəzasına məhkum edilib


Fransalı neftçini qətlə yetirən yəmənli ölüm cəzasına məhkum edilib
Fransalı neftçini qətlə yetirən yəmənli ölüm cəzasına məhkum edilib

Məhkəmə Avlakini qətlə təhrik etməkdə ittiham edərək onu qiyabi olaraq 10 il azadlıqdan məhrum edib

Yəmən vətəndaşı ötən il fransalı neftçini qətlə yetirməkdə ittiham edilərək ölüm cəzasına məhkum edilib. Məhkəmə eyni zamanda ABŞ-da doğulmuş radikal ruhani Ənvər əl-Avlakinin qətldə rol oynadığı qənaətinə gəlib.

Yəmən məhkəməsi ötən ilin oktyabr ayında fransalı neftçini öldürməkdə ittiham edəndən sonra bu gün Hişam Məhəmməd Asseminin haqqında hökm çıxarıb. Eyni məhkəmə Avlakini qətlə təhrik etməkdə ittiham edərək onu qiyabi olaraq 10 il azadlıqdan məhrum edib. Məhkəmə ruhaninin qohumu Osman əl-Avlakini oxşar ittihamla 8 il azadlıqdan məhrum edib. Avlaki 2009-cu idə ABŞ təyyarəsini partlatmaq da daxil olmaqla bir sıra terrorçu hücumların təşkilində şübhəli hesab edildiyinə görə ABŞ və Yəmən rəsmiləri tərəfindən axtarışdadır. Onun eyni zamanda Texas ştatındakı ABŞ hərbi bazasında baş verən qətliamda əli olduğu ehtimal edilir.

XS
SM
MD
LG