Accessibility links

Fransanın Nitsa şəhərində 3 şəxs bıçaqla öldürülüb


Fransa rəsmiləri ölkənin cənubundakı bir kislədə azı üç nəfərin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olan bıçaqlı hücumu terror aktı olaraq qeydə aldıqlarını xəbər verib.

Amerikanın Səsinin Paris üzrə müxbiri bildirib ki, prezident Emmanuel Makron Nitsa şəhərəində baş verən bu bıçaqlanma hadisənin son bir neçə həftə ərzində üçüncü dəfə baş verdiyini deyib.

Rəsmilər hücumun cümə axşamı səhər Nitsa şəhərindəki Notre Dame Bazilika kilsəsində baş verdiyini xəbər verir. Rəsmilər kilsənin içində ölən iki nəfərdən birinin başının kəsildiyini bildirir. Ağır yaralanan üçüncü şəxs isə kilsədən qaçmağı bacarsa da, qısa müddət sonra həyatını itirib.

Bundan əlavə polis Avignon şəhərində bıçaqla silahlanmış bir nəfəri vuraraq öldürüb. Və Səudiyyə Ərəbistanda bir nəfər Ciddədəki Fransa konsulluğunun qarşısındakı bir mühafizəçini yaraladıqdan sonra həbs olunub.

Nitsa Bələdiyyə Başçısı Kristian Estrosi yaşadığı şəhərdəki hücumu terror hadisəsi kimi xarakterizə edib. Polis həbs edərkən yaralanan şübhəlinin xəstəxanaya aparılan və həbsdə olduğu müddətdə durmadan “Allahu Əkbər” dediyini xəbər verib.

Bu bıçaqlı hücum Fransanın yeni bir koronavirus qapanmasına hazırlaşdığı bir vaxt baş verib. Baş verən son bıçaqlanma hadisələri radikal islamçıların Məhəmməd peyğəmbərin mübahisəli karikaturasına reakisyası kimi xarakterizə edilir.

Prezident Emmanuel Makronun bu yaxınlarda İslam peyğəmbəri Məhəmmədin söz azadlığı adına təsvir edildiyi karikaturalarını müdafiə etməsi bir sıra müsəlman ölkələrində etirazlara və boykotlara səbəb oldu. Bir çox müsəlman karikaturalardan dolayı təhqir olunduğunu hesab edir.

XS
SM
MD
LG