Accessibility links

Fransanın peyvənd kampaniyası geri qaldıqca ictimai narazılıq artır


Fransada koronavirusa qarşı peyvəndləmə kampaniyası ləng başladığına görə hökumət tənqid atəşinə tutulduğu bir vaxtda rəsmilər peyvənd yayımını sürətləndirəcəklərini və genişləndirəcəklərini deyir.

Bazar ertəsinə qədər Fransada cəmi 2,500 nəfərə COVID-19-a qarşı peyvənd vurulub – onların əksəriyyəti qocalar evlərinin sakinləri və tibb bacılarıdır. Tənqidçilər deyirlər ki, digər Aİ ölkələrində olduğu kimi 27 dekabrda başlayan peyvəndləmə üçün bu, olduqca kiçik rəqəmdir.

Tənqidçilər vaksinasiya tempinin bu vaxta qədər ən azı 264,000 insanın peyvənd olunduğu qonşu Almaniya ilə müqayisədə aşağı olduğuna diqqət çəkirlər.

Fransa prezidenti Emmanuel Makron və onun hökuməti xüsusilə Avropadakı digər ölkələrin nisbi uğurları fonunda daha yaxşı göstəricilər əldə etmək üçün təzyiqlə üzləşir.

Əsas tənqidçilərdən biri Fransanın Grand Est bölgəsinin prezidenti Jan Rottnerdir.

Rottner Fransadakı peyvəndləmə strategiyasının "skandal" olduğunu deyib və hökumətin maskalar və testlərdə olduğu kimi uğursuzluğa davam etdiyini vurğulayıb. O, yaşadığı bölgənin pandemiyanın ağır zərbəsinə məruz qalmasından kədərləndiyini deyir.

Fransa rəsmiləri yanvarın sonuna qədər bir milyon insanın peyvəndlənməsi kimi hədəfə çatmaq yolunda olduqlarını iddia edirlər. Bunu etmək üçün rəsmilər bu ayın sonunadək ərazidə 600 peyvənd mərkəzi quracaqlarını bildirir.

Fransanın Səhiyyə Naziri Olivye Veran çərşənbə axşamı narahatlıqlarını ifadə edib və digər Aİ ölkələri ilə ayaqlaşmağa söz verib.

Veran Fransa hökumətinin indi immunizasiya strategiyasını gücləndirəcəyini, sürətləndirəcəyini və sadələşdirəcəyini deyib. Xilasetmə qrupları və 50 yaşdan yuxarı evdə işləyən işçilər indi peyvənd alacaqlar. Virusla mübarizəyə nəzarət edən nazir bunun insanları xilas etmək üçün davam edəcək bir yarış olduğunu söyləyir.

Peyvəndləmə ölçüləri Avropa səviyyəsində koordinasiya edilsə də, 27 üzvün hər biri öz strategiyasını müəyyən etməlidir. Məsələn, Hollandiya peyvəndləmə kampaniyasına 8 yanvarda başlayacaq.

Cons Hopkins Universitetinin məlumatlarına görə, bazar ertəsinədək Fransada COVID-19-dan 65 000-dən çox insan ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Türkiyədə yanğınlar 3-cü gündür davam edir
please wait

No media source currently available

0:00 0:10:32 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG