Accessibility links

Roma Papası gələn il İraqa səfər etməyi planlaşdırır


Roma Papası bazar ertəsi gələn ilin əvvəllərində İraqa səfər etməyi planlaşdırdığını bildirib. Fransis bunu təhlükəsizlik vəziyyəti ilə izah edib.

"Gələn il getmək istədiyim İraq haqda düşündükdə məni müşayiət edən fikirlər İraqın gələcəyə sülh və hər kəsin rifahı naminə birlikdə irəliləməsidir" - dyə, Roma Papası Vatikanda deyib.

Fransis papalığı dövründə xristianlar və müsəlmanlar arasında münasibətləri yaxınlaşdımağa çalışır.

Roma Papası fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə ziyarətini xristianlıqla islam arasında dialoq tarixinin yeni səhifəsi və dünyada qardaşlıq arasında sülhün təbliği adlandırıb.

Fransis Ərəbistan yarımadasına ilk səfərini islam liderləri ilə xristian və islam sivilizasiyaları arasındakı qarşıdurmalara mane olunması üçün dönüş nöqtəsi kimi qiymətləndirib.

Onun səfər etdiyi müsəlman ölkələri sırasında Mərakeş, Türkiyə, Azərbaycan və Misir yer alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG