Accessibility links

Fransua Oland: Fransa Cənubi Qafqaz münaqişələrinin həllində aktiv fəaliyyətini davam etdirəcək


Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Oland
Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Oland

Fransa prezidenti Azərbaycan prezidentini təbrik edib

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir: “Azərbaycanın ilk dəfə olaraq Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi ölkənizə bu təşkilatın müdafiə etdiyi dəyərlərə bağlılığının ölçüsünü göstərməyə fürsət yaradacaq.

Son illərdə ölkələrimiz arasında əsl tərəfdaşlığın möhkəmlənməsi üçün dostluğu və əməkdaşlığı gücləndirə bilmişik. Səfərim zamanı sizinlə söhbətimizdə qeyd etdiyimiz kimi, bu əməkdaşlığı konkret layihələrlə, xüsusilə də iqtisadiyyat, elm və ali təhsil sahələrində daha da dərinləşdirməkdə və şaxələndirməkdə davam etdirməyimizi arzulayıram.

Eyni zamanda Fransanın Cənubi Qafqazda münaqişələrin slh yolu ilə həllində aktiv fəaliyyətini davam etdirəcəyinə əmin ola bilərsiniz”.
XS
SM
MD
LG