Accessibility links

Baltimorda vəziyyət normala qayıdır


Baltimor şəhəri gənc qaradərili oğlanın polis nəzarətində ikən ölümünə etiraz olaraq keçirilən aksiyalardan sonra nisbətən normal vəziyyətə qayıdır. Rəsmilər istintaqın ictimailəşdirilməsinədək gözləntiləri yumşaltmağa çalışır.

Aprelin 19 onurğasından xəsarət adıqdan sonra həbsxanada ölən 25 yaşlı Freddi Qreyin məsələsi ilə bağlı təhqiqat cümə günü başa çatacaq.

Nəticələr hadisə ilə əlaqədar altı polis zabitinin ittiham edilib-edilməyəcəyini müəyyən edən Merilənd ştatının prokurorluğuna göndəriləcək.

Baltimorun meri Stefani Ravlinqs-Bleyk və digər rəsmilər iqtintaqın nəticələrinin ictimailəşəcəyi və ya zabitlərin həbsi ilə bağlı qərarın cümə günü elan ediləcəyini gözləmədiklərini bildirib .

Greyin ailəsinin vəkili Həsən Merfi deyib ki, ştat prokurorluğu hərtərəfli təhqiqat üçün istənilən qədər vaxtdan istifadə edə bilər.

XS
SM
MD
LG