Accessibility links

Freedom House: Əliyev “köhnə qvardiya” məmurlarını vəzifədən uzaqlaşdırmaqla elitadaxili qiyam ehtimalını azaldıb


Freedom House
Freedom House

Freedom House” insan hüquqları təşkilatı növbəti illik hesabatını açıqlayıb.

“Azadlıq və demokratiyanın genişlənməsi. Keçid dövlətlər ” adlı hesabatda 29 ölkədən 10-u demokratiya, 10-i hibrid rejim, 9-u avtoritar rejim sırasına daxil edilib.

Hesabatda Azərbaycan“ oturuşmuş avtoritar rejimlər sırasında yer alıb və demokratiya balına görə 1,4-cü sıradadır.

“Azərbaycan, Tacikistan və Türkmənistan prezidentləri öz qohumlarını məsul vəzifələrə çəkməklə sülalə keçidinə zəmin yaradırlar. Tək şəxsiyyətin üstünlük təşkil etdiyi sistemdə hakimiyyətin istənilən formada təhvil verilməsi müəyyən risk daşıyır. Regionda oturuşmuş diktaturalarda idarəçilikdə, fundamental azadlıqların qorunmasında köklü dəyişiklik şansı zəifdir.”

Ermənistan 3, Gürcüstan isə 3,25 balla keçid, yaxud hibrid rejimlər sırasındadır.

Son illər Əliyev hakimiyyətinin yuxarı eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər edir.
Freedom House

“Azərbaycan prezidenti İlham Əliyev atasının yerinə keçdi. 2003-cü ildə ciddi nəzarət altında keçirilən seçkidən bir neçə ay əvvəl böyük (Heydər Əliyev-red.) Əliyev televiziyada canlı yayımda yıxılmışdı. Oğlunun prezident seçilməsindən bir neçə həftə sonra isə onun ölüm xəbəri açıqlandı.

“İndi də rejimin hakim ailə daxilində başqa bir, daha çox gözlənən hakimiyyət dəyişikliyinə zəmin yaratmasının əlamətləri görünür. Son illər Əliyev hakimiyyətinin yuxarı eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər edir. 2016-cı ildə yaradılan “birinci vitse-prezident” postu onun və `Paşayevlər klanı` adlanan ailə şəbəkəsinin xeyrinədir. Yavaşlayan iqtisadiyyat və getdikcə güclənən bölücü klan siyasəti fonunda ictimai dəstəyi azalan Əliyev “köhnə qvardiya” məmurlarını vəzifədən uzaqlaşdırmaqla elitadaxili qiyam ehtimalını azaldıb, həmin şəxslər ya onun həyat yoldaşına qarşı çıxırdılar, ya da azından ona sadiq deyildirlər. Gələcəkdə Əliyev istefa verərsə, birinci ledi Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyət strukturuna rəhbərlik edəcək,” hesabatda deyilir.

"Freedom House təşkilatının hesabatı reallığı əks etdirir"

Azərbaycanda insan hüquqlarının boğulmasına dair beynəlxalq qurumlar və yerli hüquq müdafiə təşkilatları dəfələrlə narahatlıqlarını bildirib.

Gözəl Bayramlı
Gözəl Bayramlı

Azərbaycan xaql Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı Freedom House təşkilatının hesabatının tamamilə reallığı əks etdirdiyini deyir.

Sənəddə Azərbaycanda ən yüksək səviyyədə nepotizm - qohumbazlıq haqqında danışılır və bu, bizdə hamiya aydin olan faktlardır.
Hikmət Hacızadə, keçmiş səfir

“Hesabatda Azərbaycanla bağlı yer alan fikirlər də həqiqətdir. Mən çox təəssüf edirəm ki, belə hesabatlardan hakimiyyət nəticə çıxarmaq əvəzinə qərəz axtarır. Hesabatda Azərbaycanın demokratiya balı 1,4 olmaqla oturuşmuş avtoritar rejimlər sırasında yer aldığı göstərilir. Son vaxtlar, xüsusilə pandemiya dövrünü fürsət bilərək AXCP üzvlərinin həbsi və Əli Kərimlinin blokadada saxlanılması da hakimiyyətin avtoritarizmin dayaqlarını möhkəmlətmək istəyini daha da qabarıq göstərir. Bu baxımdan da həmin hesabatda Azərbaycandakı real vəziyyət tam əksini tapmış olur. Həmin hesabatda Gürcüstan və Ermənistanın demokratiya balına görə daha da üstün mövqedə olması regionun lider dövlətiyik deyən Azərbaycan hakimiyyətini düşündürməlidir.”

Politoloq, keçmiş səfir Hikmət Hacızadə deyir ki, Freedom House təşkilatının yazdıqları əsaslıdır.

Hikmət Hacızadə
Hikmət Hacızadə

“Freedom House və Amnesty İnternational və s. heş vaxt faktlara, sənədlərə söykənməmiş rəy, bəyanat vermir. Odur ki, yazdıqlarının hamısı əsaslıdır .Bu sənəddə Azərbaycanda ən yüksək səviyyədə nepotizm - qohumbazlıq haqqında danışılır və bu, bizdə hamiya aydin olan faktlardır. Çox təəsüf ki, yenə də ölkəmiz avtoritat və korrupsiyalaşmış ölkələr sirasında sadalanır,” o bildirib.

Rəsmilərin mövqeyi

Azərbaycan rəsmiləri hələlik, bu hesabata münasibət bildirməyib.

Hakimiyyət isə bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət Azərbaycanda media azadlığı da daxil olmaqla bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG