Accessibility links

Freedom House: "Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına son qoymalıdır"


Vaşinqtonda yerləşən Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı siyasi fəallara və LGBT+ fərdlərinə qarşı yeni təqib dalğasını pisləyir.

"Freedom House Azərbaycan hökumətini keçmiş siyasi məhbusların təqib edilməsinə, qorxudulmasına, LGBT+ fərdlərinə qarşı yeni saxlanma dalğasına son qoyulmasına çağırır", Freedom House-da Avropa və Avrasiya proqramları üzrə direktor Mark Berendt bildirib.

"Bu həbslər prezident İlham Əliyevin əfv sərəncamında öz ifadəsini tapmış xoş məramı heçə endirir və Azərbaycanda müxalifətə, söz azadlığına təzyiqlərin davam etdiyindən xəbər verir", o əlavə edib.

Təşkilatın məlumatına görə, son günlər Azərbaycanda onlarla LGBT fərdlər saxlanılıb. 2019-cu il 16 mart əfvi ilə azad edildikdən iki həftə sonra bir neçə keçmiş siyasi məhbus ya dindirilib, ya da saxlanılıb.

Belə ki, aprelin 1-də Bakıda polis minimum 14 LGBT-çiləri saxlayıb, bunlar əsasən transseksuallardır.

Bu həbslər prezident İlham Əliyevin əfv sərəncamında öz ifadəsini tapmış xoş məramı heçə endirir .
Mark Berendt, Freedom House-da Avropa və Avrasiya proqramları üzrə direktor

Məlumatlara görə, saxlanılan şəxslər tibbi müayinədən keçməyə məcbur olublar, bir nəfər "xırda xuliqanlıq"da günahlandırılıb, digərləri 30 sutka həbs olunublar və ya cərimə ediliblər.

Minority Azerbaijan, yerli LGBT təşkilatı isə bildirib ki, polis İnternet vasitəsilə "transseksual ovu"na çıxıb.

Bundan əlavə, NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov əfv edildikdən iki həftə sonra yenidən saxlanılıb və itaətsizlik ittihamı ilə 30 sutka həbs olunub. Apellyasiya şikayətinə baxılması zamanı o bildirib ki, hakimiyyət tərəfindən amansız davranışa məruz qalıb. Üzündə qançır izləri olub.

Bundan əlavə, bu yaxınlarda azadlığa buraxılan siyasi məhbus və NİDA fəalı Qiyas İbrahimov "profilaktik söhbət" bəhanəsilə polis məntəqəsinə aparılıb. Azadlığa buraxılan şəxslərdən bir neçəsi bildirib ki, onları da eyni bəhanə ilə polisə çağırırlar.

XS
SM
MD
LG