Accessibility links

Freedom House: Azərbaycan hökumətini vəkillərə qarşı təzyiqlərə dərhal son qoymağa çağırırıq


Freedom House

"Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə qarşı zorakılıq Azərbaycan hökumətinin siyasi məhbusları müdafiə edən vəkillərə olan hörmətsizliyini nümayiş etdirir."

Bu barədə Freedom House hüquq-müdafiə təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktoru Mark Berendt bildirib.

"Azərbaycanda həbsdə olan jurnalistləri, fəalları, hüquq müdafiəçilərini və siyasi dissidentləri müdafiə edən vəkillər islah müəssisələrinə daxil olarkən və oradan çıxarkən mütəmadi olaraq təhqiramiz və alçaldıcı rəftara məruz qalırlar.

Vəkillərin üzərində sistematik axtarış aparılması və məxfi materiallara baxılması vəkil-müştəri məxfiliyinin əsas prinsipini pozur, siyasi məhbusları ədalət mühakiməsinə və lazımi hüquqi prosedura çıxış hüququndan məhrum edir.”

"Freedom House Azərbaycan hökumətini vəkillərə qarşı təzyiqlərə və hədələrə dərhal son qoymağa, siyasi motivli ittihamlarla həbs olunan bütün məhbusları azad etməyə çağırır" , təşkilatın bəyanatında deyilir.

Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan müvəkkili ilə görüş zamanı üzərində axtarışa və zorakılığa məruz qaldığını bildirib. O, təzyiqə məruz qalması ilə bağlı müvafiq orqanlara şikayət edib.

Bundan sonra Penitensiar Xidmət vəkilin dediklərini təkzib edib və onun barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

Şərhlərə bax

XS
SM
MD
LG