Accessibility links

Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var


Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var
Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var

Freedom House-un qiymətləndirməsinə görə, Azərbaycanda əhalinin 27%-nin internetə çıxışı var, blogerlər və internet istifadəçilərinin həbsi faktları mövcuddur, ölkə mətbuatı azad deyil.

Freedom House hüquq müdafiə təşkilatı dünyanın 37 ölkəsində, o cümlədən Azərbaycanda İnternetin vəziyyəti haqqında illik hesabatını yayıb.

Turan agentliyi bildirir ki, təşkilatın ekspertlərinin qiymətləndirməsinə görə, Azərbaycanda əhalinin 27%-nin İnternetə çıxışı var, blogerlər və İnternet istifadəçilərinin həbsi faktları mövcuddur, ölkə mətbuatı isə azad deyil. Ümumilikdə, ölkə İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan “qismən azad ölkə” statusunu alıb.
Hesabata görə, İnternet sahəsində ən azad ölkə Estoniya, azad olmayan ölkələr isə Çin, İran və Birmadır.
Girişdə deyilir ki, son illər Azərbaycanda İnternetə marağın kəskin artdığı müşahidə olunur və hakimiyyət bu sahəyə nəzarət etməyə çalışır. Vaxtaşırı müəyyən veb-saytlar bağlanır, bəzi vəzifəli şəxslər isə xəbər resurslarına lisenziya tətbiq etməyə çağırır.
İstifadəçilərin sayının çox olmasına baxmayaraq, İnternetin keyfiyyəti aşağı olaraq qalır və əksəriyyət dial-up sistemindən istifadə edir. Bu zaman yüksəksürətli mobil İnternetin qiyməti hədsiz dərəcədə bahadır.
İnternetə 1 Mbitlik limitsiz çıxışın orta aylıq qiyməti 20-50 manat arasında dəyişir. Bu qiymətlər orta aylıq əmək haqqı 304 manatla qiymətləndirilən bir çox azərbaycanlılar üçün əlçatmazdır. Əhalinin cəmi 5,9%-nin qeydiyyatdan keçmiş İnternet abunəçiliyi var və cəmi 1,1%-i genişzolaqlı rabitədən istifadə edir.
Abunəçilərin 90%-i 56 Kbitə qədər (əsasən Bakıda) sürətlə İnternetə qoşulur.
2010-cu ilin əvvəllərində təxminən 105 000 nəfər olan Facebook istifadəçilərinin sayı dekabrın sonlarında 279 min nəfərdən çox təşkil edib. Bu, İnternetin sürətinin və keyfiyyətinin aşağı olması ilə əlaqədar adi informasiya resurslarına və saytlara çıxışın çətinləşməsi ilə bağlıdır.
“Delta Telekom” əsas provayderdir və ölkənin 30 müxtəlif provayderini rabitə ilə təmin edir. Bu zaman şirkətin əmlak strukturu qeyri-şəffafdır.
Bakının hüdudlarından kənarda fəaliyyət göstərən əsas provayder Aztelekom dövlət şirkətidir. Digər şirkət - Azertelecom hazırda öz optik şəbəkəsinin yaradılması üzərində işləyir və gələcəkdə “Delta Telekom”un əsas rəqibi ola bilər.
Azərbaycanda telekommunikasiya sektoru sahəsində müstəqil tənzimləyici orqan yoxdur. Hazırda əsas normativ funksiyaları Rabitə Nazirliyi həyata keçirir.
Hökumət İnternetdə geniş senzura həyata keçirir, lakin 2009-cu ildə hakimiyyət dəfələrlə prezidentin tənqid olunduğu veb-saytları müvəqqəti bağlayıb.
Naxçıvanda İnternetlə bağlı daha böyük məhdudiyyətlər var, burada müxalif “Azadlıq” və “Bizim yol” qəzetlərinin, “Amerikanın Səsi ” və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin saytlarına çıxış bağlanır.
Bloqların sürətli inkişafı sayəsində (27 min) yetişən blogerlər nəsli ənənəvi KİV-lərin toxunmadığı məsələlərdən yazmağa başlayıb.
Onlardan ən fəalları senzura ilə üzləşiblər və şübhəli ittihamlarla həbs olunublar (Emin Milli və Adnan Hacızadə).

XS
SM
MD
LG