Accessibility links

Azərbaycan "azad olmayan" ölkə kateqoriyasına daxil edilib


Freedom House-azadlıq indeksi
Freedom House-azadlıq indeksi

Vaşinqtonda yerləşən Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı ənənəvi "Dünyada azadlıq indeksi - 2018" hesabatını açıqlayıb.

Sənəddə qeyd edilir ki, demokratiya qlobal miqyasda hücumlara məruz qalır və bütün dünyada geri çəkilir.

Rusiya və Çin repressiyalarını nəinki artırır, hətta özlərinin mənfi təsirlərini başqa ölkələrin üzərinə köçürürlər. Avtokratik rejimlər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün hətta öz sərhədlərindən uzaqlardakı debatları boğmağa, dissidentləri təqib etməyə, dünya təsisatlarını sarsıtmağa çalışırlar.

Dünyada 196 ölkə və ərazidən 88-i azad, 58-i qismən azad, qalanları isə azad olmayan ölkə və ərazi kateqoriyasına daxil edib.

Azərbaycan "azad olmayan" 49 ölkə kateqoriyasına daxil edilib.

Azərbaycanın qonşuları - Ermənistan və Gürcüstan qismən azad ölkələr kateqoriyasındadır.

Ermənilərin nəzarətində olan Azərbaycanın Dağlıq Qarabağ regionu da "qismən azad ərazi" kateqoriyasına salınıb.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq beynəlxalq təşkilatların tənqidi hesabatlarını qəbul etmir, qərəzli və birtərəfli adlandırır. Azərbaycanın dövlət rəsmiləri ölkədə bütün azadlıqların, o cümlədən, söz, media, toplaşmaq, birləşmək azadlığının tam təmin edildiyini bildirir.

XS
SM
MD
LG