Accessibility links

Freedom House-Kölə evi [Video]


Freedom House-Kölə evi
please wait

No media source currently available

0:00 0:03:19 0:00
“12 il kökəlikdə” filmi Solomon Nortrap adlı zəncinin xatirələrinə əsasən çəkilib. 1841-ci iləd Vaşinqtonda oğurlandıqdan sonra kölə kimi satılmışdı. Onu satan şəxs Virciniya ştatındakı qul taciri Ceyms Birç kişi, qadın və uşaqların şəxsi əmlak kimi satışa çıxardığı qul evinin sahibi idi.

Virginiya ştatının Aleksandriya şəhərindəki evin qapılarından minlərlə kölə keçib. Freedom House muzeyi yaşananların şahidi olub. Bu kiçik yerdə ailələrindən ayrılan 60 nəfər saxlanırdı.

Uqandada doğulan kurator Culian Kiqanda onların nələr yaşadığını təsəvvürünə belə gitərmək istəmədiyini deyir.“Gündəlik həyatda Afrika mənşəli amerikalıların nə çəkdiklərini, onların ailələrinə həsrət qaldıqlarını bilmək ürək ağrısı verir.”

Kölələrin əksəriyyəti tütün plantasiyalarında işləyirdi. Torpaqlar gücdən düşdükdə onlar pambıq plantasiyaları sahiblərinə satılırdı. Muzeyin direktoru Odri Devis.
“Onlar müxtəlif yerlərdən gətirilir, kölə evində bir müddət saxlandıqdan sonra satılırdı. Alıcılar onları yoxlayıb sonra alırdı.”

Kölə evi bütün bir kvartalı tuturdu. Burada mətbəx, yemək otağı, idman üçün həyət var idi. Tacirlər sağlam qulları seçirdi. Sağlam qulları yüksək dəyərə satmaq üçün onlara təzə paltar verilirdi.

Culian Kiqanda: “Dərzilər onlar üçün satış paltarları tikirdi. Bu yolla onlara bahalı görünüş verilirdi. Kölələr isə yaxalarını bu paltarlardan qurtarmaq istəyirdilər. Çünki bu paltarlar onlara bazara çıxarıldıqlarını xatırladırdı.”

Kölələr alındıqlaqı qiymətdən 4 dəfə artığına satılırdılar.

Culian Kiqanda: “Qula 1200 dollar verənlər var idi. İndiki pula çevirsək bu, 30 min dollar edir. Buna görə onlar gündə 800 funt pambıq toplamalı idi."

Bu metal qapı surətdir. Lakin pəncərələrin barmaqlıları və kərpic divarlar orijinaldır. Jaklin Nordorf Kaliforniyadan gəlib. “Bu, məni kədərləndirir. Amma bu bizim tariximizdir. Qulların saxlandığı bu kimi yerlər, insanların satılması dəhşət doğurur.”

Onlar başqa yerlərə köçürüldükdə, qacmasınlar deyə buxovlanırdılar.

Ziyarətçilər həmin zəncirlərə toxunmağa təşviq edilir.

Culian Kiqanda: “Biz insanların bunu hiss etməsinin vacibliyini düşünürük. Bu, reallığı əks etdirir.”

Bəziləri burada ruhların dolaşdığını deyir. Onlardan biri Şimali Virciniya şəhər liqasının icraçı direktoru Sintoya Dinkinsdir. “Mən nəyinsə mənə toxunduğunu hiss edirəm. Qorxulu deyil. İşçilərdə bu kimi şeylər hiss etdiklərini deyirlər. Məsələn qapıların açılıb-bağlanması, ayaq səsləri kimi."

Qul evi Amerikanın vətəndaş müharibəsi zamanı bağlanmış,1861-ci ildə Virciniyanın birlik əsgərlərinə təslim olmasından sonra buradan həbsxana kimi sitifadə edilməyə başlanmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG